Avropa Birliyi ölkəsi ABŞ-dan qorunma istəyib
06 May 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
947
17.04.2020, 20:55
Son 24 saatda ABŞ-da koronavirusdan ölənlərin sayı 4 min 931 nəfər artaraq 34 min 461-ə çatıb. Miçiqan ştatında silahlı şəxslər Demokratlar Partiyasından olan bələdiyyə sədrinin “komendant saatı” elan etməsinə etiraz ediblər. Bu, ölkədə respublikaçılarla demokratların gərginləşən qarşıdurmasından xəbər verir. Prezident Donald Tramp isə karantin rejiminin 3 mərhələli şəkildə yumşaldılacağını açıqlayıb. Dünyanın supergücü yeni qlobal müharibənin məğlub tərəfinə çevrilib.
Publika.az xəbər verir ki, koronavirus Çində ortaya çıxsa da, yayılması və ölüm faktlarına görə ABŞ birinci yerdədir.
Vaşinqton təkcə virusla yox, həm də iqtisadi çöküşlə mübarizə aparır. Bu, yeni dünyada Çinin güclənməsi perspektivini artırır. Maraqlıdır ki, virus ABŞ-da yayılmağa başlayanda Çin Kommunist Partiyasının beynəlxalq nəşri olan “Qlobal tayms” “Dünya ABŞ-da yeni qlobal böhrana hazırlaşmalıdır” manşetini asmışdı.
ABŞ üç böyük təhlükə ilə üz-üzədir: koronavirus, iqtisadi çöküş və vətəndaş qarşıdurması.
Həmçinin oxuyun
Baş verənlər yeni dünya müharibəsinə səbəb ola bilərmi? Pandemiyanın yayılması fonunda bu sual gündəmdən çıxmır.
Türkiyəli yazar İbrahim Karagül yazır ki, daxili böhranı idarə edə bilməyən ABŞ virusun yayılmasına görə Çinin üzərinə gedir və bu, böyük qarşıdurmanın başlanğıcıdır.
“Hər şeyi Çinin üzərinə atmağa çalışacaqlar və bu, böyük toqquşmanın olacağından xəbər verir. Çin isə virusun amerikalı əsgərlər tərəfindən gətirildiyini iddia edir. Söhbət virusun yayılmasından iki həftə öncə Uhanda hərbi mərasimə 300 ABŞ əsgərinin qatılmasından gedir. İddialar var ki, bu əsgərlər Marilandda yerləşən hərbi laboratoriyaya bağlıdır. İttihamlar daha da şiddətlənəcək, məhkəmələr qurulacaq, sanksiyalar tətbiq olunacaq, iqtisadi müharibə sərtləşəcək, siyasi şantajlar, hərbi təhdidlər başlanacaq. Bu, yeni dünya müharibəsi deməkdir”, - Karagül hesab edir.
16:12 / 06 May 2026
10
16:10 / 06 May 2026
340
16:09 / 06 May 2026
21
16:05 / 06 May 2026
33
16:00 / 06 May 2026
30
15:55 / 06 May 2026
66
15:52 / 06 May 2026
24
15:50 / 06 May 2026
26
15:37 / 06 May 2026
451
15:27 / 06 May 2026
84
15:13 / 06 May 2026
238
15:08 / 06 May 2026
45
14:55 / 06 May 2026
475
14:48 / 06 May 2026
41
14:43 / 06 May 2026
46
14:37 / 06 May 2026
46
14:31 / 06 May 2026
54
14:23 / 06 May 2026
61
14:20 / 06 May 2026
60
14:17 / 06 May 2026
141
14:03 / 06 May 2026
634
13:29 / 06 May 2026
98
13:19 / 06 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.