Dünən Moskvada Azərbaycana qarşı əsassız ərazi iddialarının yer aldığı “Şimali Artsax” kitabının rus dilində təqdimatı keçirilib.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, etnoqraf Samvel Karapetyanın müəllifi olduğu kitab Ermənistan Mədəniyyət Nazirliyi və “Aniv” fondunun təşkilatçılığı ilə 100 nüsxə ilə rusdilli oxuculara paylanıb.
“Bu kitab bizim ölkəmiz üçün özünəməxsus silahdır”-deyə kitabın müəllifi Samvel Karapetyan deyib. Üz qabığında Azərbaycan ərazilərinin də daxil edildiyi təhfir olunmuş xəritə yerləşdirilən kitarın yaxın aylarda onlayn versiyasının da hazırlanacağı vurğulanıb. Oxu24.com
ŞƏRHLƏR