Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
838
08.04.2020, 14:32
Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə aylıq təqaüd xüsusi karantin rejimi müddətində də veriləcək
Koronavirus pandemiyası ilə mübarizə şəraitində həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu24.com-a bildirilib ki, Nazirlər Kabinetinin yeni Qərarı bu məqsədə xidmət edən növbəti addımdır.
Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.
Beləliklə, onlara əlilliyə görə təyin olunmuş aylıq müavinətin və ya pensiyanın, habelə onlardan 1-ci dərəcə əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunmuş aylıq təqaüdün ödənişi də xüsusi karantin rejimi müddətində davam edəcək.
Həyata keçirilən bu sosial müdafiə tədbiri əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarının təminatı və rifahının dəstəklənməsi sahəsində aparılan işlərin hazırkı xüsusi karantin rejimi müddətində də davam etdirildiyini göstərir.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.