Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1288
01.04.2020, 00:19
Bədənimizdə 2 ordu üz-üzə durub: sağlamlığın keşikçiləri olan hüceyrələr, bir də sağlamlığın düşməni olan mikroblar. Daim savaş gedir içimizdə. Onun nəticəsi bizim həyat tərzimizdən asılıdır. Düzgün qidalanan adam - sağlamlıq ordusunu gücləndirir, düzgün qidalanmayan isə - düşmən ordusunu.
Düzgün qidalanan adamın bədənində çox güclü PATRUL dəstələri olur. Onlar qana soxulmaq istəyən mikrobları dərhal blokadaya alıb məhv edirlər. Belə insanın müdafiə xətti (immun sistemi) güclü olur. Heç bir virus onun üçün təhlükəli deyil. Qeyri-sağlam həyat tərzi keçirən insanların müdafiə xətti çox zəif olur və mikroblar çox asanlıqla onu yarıb keçə bilir. Belə insanı yayda da qrip tutur. Daim xəstə olur və dünyasını tez dəyişir.
İmmun sistemini gücləndirmək üçün hər kəs kifayət qədər çiy su içməli, meyvə-tərəvəz, göy-göyərti, qoz, fındıq, badam, şabalıd, günəbaxan və boranı tumu (hamısını çiy şəkildə) yeməli, faydalı hərəkətlər etməli (idman faydalı hərəkət deyil, bədən tərbiyəsi ilə məşqul olmaq yaxşıdır), tez yatıb tez də durmalı, xeyirxah işlərlə məşğul olmalıdır .Orqanizmə lazım olan zəruri elementlər Günəş işığında da boldur.
Bizi viruslardan qoruyan patrulların əsas qidası C (S) vitamini və yoddur. Bu elementlərin əsas yatağı limon və sarımsaq olduğu üçün belə bir məhluldan istifadə etməyi məsləhət görürəm:
3 litirlik balona xırda doğranmış orta həcmli 2-3 baş sarımsaq və 4-5 dilimlənmiş limon tökün, üstünə 3 litr çiy su əlavə edin, sərin yerdə 1 sutka saxlayın. Hazırdı.
Suyun rəngi göyərsə, deməli, sarımsaq Çinin saxta məhsullarından biridir. Sarımsağı əvvəllcədən başqa qabda yoxlamaq olar.
Gündə 3 dəfə, hər dəfə stəkanın 13-i qədər bu mayeni yeməkdən 30 dəqiqə qabaq qəbul edən adam "koronavirusun atası”nı yandıra bilər.
Nəzərinizə çatdırım ki, virus təkcə yaşlılara deyil, gənclərə və uşaqlara da yoluxa bilir. Hər şey immun sisteminin vəziyyətindən asılıdır.
Virusdan qorxmayın. Amma özünüzü qorumağı da unutmayın.
Allah yaxşı insanları qorusun !!!
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.