Dünya bazarlarında neft ucuzlaşıb
26 Oktyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
942
30.03.2020, 23:48
"Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlər seçilmiş fəaliyyət sahələri üzrə iki qrupa - tam zərər çəkən, qismən zərər çəkən sahələr üzrə ayrılacaq”.
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlərdən danışarkən deyib.
Ekspertin sözlərinə görə, əməkhaqqına subsidiya iki əmsal üzrə tətbiq ediləcək və tam zərər çəkən sahələrdə 1, qismən zərər çəkən sahələrdə isə 0.7 olacaq.
"Əgər vətəndaş ikinci kateqoriyaya daxil olan fəaliyyət sahəsində çalışır və 700 manat maaş alırsa, bu zaman 700 manata 0.7 əmsal tətbiq ediləcək və ona 490 manat ödəniləcək".
Ekspert bildirib ki, kompensasiyanın maksimum həcmi 712 manatdan (2020-ci ilin yanvar ayı üçün orta aylıq əməkhaqqı məbləği) artıq olmayacaq.
Kompensasiyanın nə qədər vətəndaşa veriləcəyi haqqında danışan Rəşad Həsənov qeyd edib ki, bu, təxminən 304 min muzdlu çalışana aid ediləcək.
"İctimai iaşə, xidmət və turizm sahələrində muzdla çalışanlar üçün 712 manatdan artıq olmamaq şərti ilə 100 faiz kompensasiya almaq imkanı yaradılır".
Rəşad Həsənov dəstək paketlərinin hazırlanması və tətbiqi ilə bağlı çox gecikmə olduğunu qeyd edib.
Xatırladaq ki, ölkədə koronavirus təhlükəsi ilə bağlı olaraq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
00:00 / 27 Oktyabr 2026
15
23:43 / 26 Oktyabr 2026
68
23:30 / 26 Oktyabr 2026
61
23:16 / 26 Oktyabr 2026
77
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
76
22:56 / 26 Oktyabr 2026
77
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
306
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
178
21:44 / 26 Oktyabr 2026
73
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1269
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
103
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.