Qaynar xətt:

(+99450) 247 90 86

Tolikin verilişi bağlandı

Tolikin verilişi bağlandı

ŞOU-BİZNES

1147

07.03.2020, 12:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil” verilişi bağlanıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, buna ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.
 

İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.

Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Tolik bildirib ki, bu barədə hələlik məlumatsızdır:

"Mənə heç bir şey deyilməyib. İndi iclasa gedirəm”.