OXU24.COM xəbər verir ki, 60 yaşlı məşhur Amerika aktrisası Şeron Stoun üçüncü dəfə ərə getməyə hazırlaşır.
Amma, bu günlərə təyin olunan toyu təxirə salıb. Xanım Stoun hesab edir ki, tələsmək lazım deyil, hələ bir az da özü üçün yaşamaq istəyir. Onun yaşındakı qadınlar corab toxumaq, kökə bişirməklə günlərini keçirir, təkrarolunmaz Şeron Stoun isə milyonerlərlə eşq romanları yaşayır. 19 yaş özündən kiçik kişi ilə Hollivud gözəli toya hazırlaşdığı bir vaxtda gözlənilmədən toyu təxirə salıb, amma nişanı pozmayıb. Şeron Stoun 41 yaşlı italiyalı milyoner Ancelo Boffa ərə getməyə hazırlaşır. Bu aktrisanın üçüncü rəsmi evliliyi olacaq.
Məlumatlı mənbələrin dediyinə görə aktrisa hər şeyi olduğu kimi saxlamaq istəyir. Üç dəfə uşaq düşürən ulduzu, özünün dediyi kimi, uşaqlar yox, kişilər maraqlandırır. “O məndən 19 yaş kiçik, həm də qəşəngdir, amma mən tələsmirəm”…
Oxu24.com
ŞƏRHLƏR