Fransada siyasi böhran və iqtisadi narahatlıq: Makron hakimiyyətinin çətin sınağı
20 Noyabr 2026, 15:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
601
28.02.2020, 14:41
"Suriyanın İdlib vilayətindəki hərbçilərizin aviazərbələrə məruz qalması ilə bağlı Rusiyanın yaydığı məlumat həqiqətə uyğun deyil".
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, Türkiyənin milli müdafiə naziri Hülusi Akar belə deyib.
Onun sözlərinə görə, Türkiyə hərbçilərinin olduğu yerdə heç bir başqa silahlı birləşmə olmayıb: "Hərbçilərimizin olduğu yerlər barədə öncədən Rusiyanın həmin məkandakı hərbçi yetkililərinə məlumat verilib, koordinasiya aparılıb. Buna rəğmən hərbçilərimiz xain hücuma məruz qalıblar. İlk zərbədən sonra bir daha xəbərdarlıq etməyimizə rəğmən bombardman davam edib. Hava hücumlarında hətta hərbçilərimizə yardım üçün göndərilmiş təcili yardım maşınları belə vurulub".
H.Akarın dediyinə görə, hücumdan dərhal sonra Türkiyənin Silahlı Qüvvələri cavab zərbələri endiriblər. Bu zərbələr nəticəsində Suriya ordusunun 5 helikopteri, 23 tankı, 10 zirehli maşını, 23 artilleriya qurğusu, 5 yük maşını, SA-17 və SA-22 zenit-raket qurğuları, 3 silah anbarı, 2 anbar, 1 qərargah deposu darmadağın edilib, 309 suriyalı əsgər məhv edilib.
"Bu günədək şəhidlərimizin qanını yerdə qoymadıq, bundan sonra da qoymayacağıq. Əməliyyatlarımız mehmetciyə və bölgədəki məzlum insanlara qarşı uzanan qanlı əllər qırılanadək davam edəcək", - Türkiyənin milli müdafiə naziri deyib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilirdi: Türkiyənin hərbçiləri Suriyanın İdlib vilayətində aviazərbələrə məruz qalıblar, çünki onlar Suriya ordusunun mövqelərinə hücum edən müxalifət yaraqlıları arasında olublar. Türkiyəli hərbçilər Behun yaşayış məntəqəsinin yaxınlığında aviazərbələrə məruz qalıblar. Suriya ordusu "Həyat Təhrir əş Şam"ın geniş cəbhə boyu hücuma keçən yaraqlılarına zərbələr endirib. Rusiyanın Hava-Kosmik Qüvvələrinin aviasiyası zərbələrdə istifadə olunmayıb".
16:58 / 20 Noyabr 2026
18
16:54 / 20 Noyabr 2026
39
16:43 / 20 Noyabr 2026
191
16:21 / 20 Noyabr 2026
80
16:20 / 20 Noyabr 2026
96
16:05 / 20 Noyabr 2026
72
15:58 / 20 Noyabr 2026
74
15:55 / 20 Noyabr 2026
75
15:48 / 20 Noyabr 2026
81
15:35 / 20 Noyabr 2026
79
15:25 / 20 Noyabr 2026
85
15:23 / 20 Noyabr 2026
94
15:19 / 20 Noyabr 2026
118
15:15 / 20 Noyabr 2026
99
15:07 / 20 Noyabr 2026
89
15:00 / 20 Noyabr 2026
115
14:54 / 20 Noyabr 2026
92
14:40 / 20 Noyabr 2026
1140
14:34 / 20 Noyabr 2026
123
14:25 / 20 Noyabr 2026
116
14:10 / 20 Noyabr 2026
134
14:06 / 20 Noyabr 2026
138
14:05 / 20 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.