Trampdan İrana son xəbərdarlıq: “Partlayışa 3 gün qaldı”
26 Aprel 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3516
28.02.2020, 12:37
"KTMT adı altında rus qoşunlarının Azərbaycan - Ermənistan sərhədində yerləşdirilməsi mümkün görünmür və yolverilməzdir”.
Oxu24.com xəbər verir ki, Sfera.az-a açıqlamasında bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "KTMT Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər” fikrinə münasibət bildirərkən, politoloq Nəzakət Məmmədova deyib.
Politoloqun fikrincə, Rusiyanın İrəvandakı səfirinin bu açıqlaması əslində Azərbaycanın içərilərinə doğru genişlənmək məqsədi daşıyır:
"Rusiyanın Ermənistanda hərbi bazası var. Deməli, artıq onlar öz qoşunlarını Ermənistan Azərbaycan sərhədində də yerləşdirməyi düşünürlər. Moskva bütün Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışır. Bunun üçün də müxtəlif ekspansionist addımlara əl atır ki, bu addımlardan biri də məhz qonşu ölkələrin ərazisində özlərinin hərbi bazalarını yaratmaqdır. Kreml hətta Dağlıq Qarabağda sülhməramlılar adı altında özünün hərbi bazasını yerləşdirmək niyyətindədir. Sərhədlərin mühafizəsini təşkil etmək məsələsini gündəmə gətirmələri də məhz bu niyyətə xidmət edir”.
Politoloq hesab edir ki, bu qədər xərc çəkərək qoşunları sərhədə gətirməkdənsə, Moskva Ermənistandan atəşkəsi pozmamağı tələb etsə, daha effektli olar:
Həmçinin oxuyun
"Bütün hallarda səfirin həmin açıqlaması Azərbaycanın sərhədlərinə bilavasitə nəzarət etmək, ölkəmizə nüfuz etmək, bütün Qafqaza nəzarət etdiyini, burada güc sahibi olduğunu Qərbə göstərmək məqsədi güdür. Bu həm də Azərbaycana psixoloji təsir göstərmək niyyətindən doğur. Bu gün Azərbaycan Ermənistan sərhədinə KTMT adı ilə gələn Rusiya qoşunları sabah gəlib Dağlıq Qarabağda oturacaq. Bu isə mərhələli şəkildə Azərbaycana hərbi nüfuz etmək siyasətidir. Ola bilər bununla gələcəkdə Dağlıq Qarabağda sülhməramlı adı altında rus qoşunlarının yerləşdirilməsinə Azərbaycan vətəndaşlarını psixoloji cəhətdən hazırlamaq, buna reaksiyamızı bilmək istəyirlər”.
Günün təklif olunan videosu:
Polis çay evinə basqın etdi: Gördüklərindən şoka düşdülər +VİDEO
00:46 / 27 Aprel 2026
233
00:06 / 27 Aprel 2026
110
23:47 / 26 Aprel 2026
249
23:30 / 26 Aprel 2026
109
22:41 / 26 Aprel 2026
108
22:04 / 26 Aprel 2026
111
21:41 / 26 Aprel 2026
123
21:19 / 26 Aprel 2026
113
20:31 / 26 Aprel 2026
140
19:47 / 26 Aprel 2026
144
19:09 / 26 Aprel 2026
133
19:05 / 26 Aprel 2026
1261
18:54 / 26 Aprel 2026
1912
18:49 / 26 Aprel 2026
108
18:48 / 26 Aprel 2026
174
18:11 / 26 Aprel 2026
141
17:49 / 26 Aprel 2026
139
17:34 / 26 Aprel 2026
78
17:32 / 26 Aprel 2026
202
17:18 / 26 Aprel 2026
121
17:08 / 26 Aprel 2026
121
16:57 / 26 Aprel 2026
112
16:40 / 26 Aprel 2026
289
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.