Böyük Britaniyada uşaq evində işləyən qadın orada qalan uşaqdan hamilə qalıb.
Haberler.com-un məlumatına görə, 17 yaşlı evli qadın Lea Kordis işlədiyi uşaq evində qalan 13 yaşlı oğlanı onunla cinsi münasibətdə olmağa məcbur edib.
Uzun müddət yeniyetmə ilə cinsi münasibətdə olan Kordis bir il sonra ondan uşaq dünyaya gətirib.
Uşaq dünyaya gələndən sonra isə o, ərini körpənin atası olduğuna inandırıb.
Yeniyetmə oğlanın qəribə davranışlarından şübhələnən anası onun telefonunda Kordisin oğluna yolladığı intim mesajları görüb polisə xəbər verib.
Təcavüzə uğrayan uşaq polisə kompüterdə oyun oynadığı zaman Kordisin otağına gələrək onu qucaqlayıb öpdüyünü və cinsi münasibətə məcbur etdiyini deyib.
Kordisin əri isə uşağın ondan olub-olmamasını müəyyənləşdirmək üçün atalıq testi tələb edib.
Testin nəticəsi körpənin atasının yeniyetmə olduğunu göstərib.
Məhkəmədə Kordis uşağın otağına girdiyi vaxt sərxoş olduğunu və yeniyetmənin ona təcavüz etdiyini bildirib.
Oxu24.com
ŞƏRHLƏR