Qaynar xətt:

(+99450) 247 90 86

MÜHARİBƏ: Ərdoğan az öncə dünyaya elan etdi - "Hər yerdə vuracağıq!"

MÜHARİBƏ: Ərdoğan az öncə dünyaya elan etdi - \\\"Hər yerdə vuracağıq!\\\"

DÜNYA

600

12.02.2020, 12:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu günədək Suriyanın İdlib bölgəsində verdiyimiz şəhidlərimizin sayı 14-ə çatıb".

Oxu24.com  NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Bəşşar Əsədə sadiq qüvvələr İdlibdə mütəmadi mülki vətəndaşlara hücum edir, qan tökürlər:

 

"Əlbəttə, Türkiyə bu vəziyyətə seyrçi qalmayacaq. Bu hücumların məqsədi ərazini tamamilə boşaltmaqdır. Biz vədlərin yerinə yetirilməsini gözləsək də, ancaq birbaşa əsgərlərimizi hədəf almağa başladı. Bundan sonra heç kimin təxribatına göz yummayacağıq və bu gündən hansısa bir yanlış hərəkətə görə rejim qüvvələrini istənilən nöqtədə vuracağımızı bəyan edirəm. Mehmetciklərin qanının töküldüyü yerdə heç kəs güvəndə ola bilməyəcək”.