Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğanla Putin görüşür: Yeni plan cızılır

Ərdoğanla Putin görüşür: Yeni plan cızılır

DÜNYA

582

07.01.2020, 18:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin cari ildə ilk səfərini Türkiyəyə edəcək.

Oxu24.com   “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Kremlin Mətbuat xidmətindən bildirilib ki, Putin yanvarın 8-də “Türk Axını” qaz boru kəmərinin istismara verilməsi mərasimində iştirak etmək üçün İstanbula işgüzar səfər edəcək.

Həmçinin, onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqları baş tutacaq. Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və aktual beynəlxalq məsələlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.