NATO ABŞ-ın Hörmüz boğazında blokada planına qoşulmayacaq
13 Aprel 2026, 17:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
563
07.01.2020, 15:25
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə dəfn mərasiminin təşkilat komitəsinin sədri Mehdi Sedqi bildirib.
“Əvvəlcə Qasım Süleymaninin dəfn olunduğu xəbərini elan etdik ki, kütlə sakitləşsin. İzdiham müşahidə olunduğundan dəfn prosesini icra etmək mümkün deyil. Buna görə dəfn mərasimi təxirə salınıb. Dəfn mərasimi başqa vaxtda təşkil olunacaq”, - deyə M. Sedqi qeyd edib.
Həmçinin oxuyun
Qeyd edək ki, son məlumatlara görə, İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 35 nəfər ölüb, 190 nəfər xəsarət alıb.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
18:29 / 13 Aprel 2026
1
18:18 / 13 Aprel 2026
119
18:09 / 13 Aprel 2026
65
17:39 / 13 Aprel 2026
47
17:32 / 13 Aprel 2026
1046
17:29 / 13 Aprel 2026
57
17:15 / 13 Aprel 2026
46
17:12 / 13 Aprel 2026
559
16:57 / 13 Aprel 2026
53
16:55 / 13 Aprel 2026
62
16:23 / 13 Aprel 2026
732
16:17 / 13 Aprel 2026
64
15:59 / 13 Aprel 2026
75
15:48 / 13 Aprel 2026
91
15:45 / 13 Aprel 2026
66
15:42 / 13 Aprel 2026
471
15:34 / 13 Aprel 2026
77
15:27 / 13 Aprel 2026
400
15:24 / 13 Aprel 2026
87
15:14 / 13 Aprel 2026
70
14:55 / 13 Aprel 2026
714
14:48 / 13 Aprel 2026
1123
14:14 / 13 Aprel 2026
2158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.