Qaynar xətt:

(+99450) 247 90 86

İran Trampın başına 80 milyon mükafat qoydu

2020/01/06/1578257124_1578255088_tr86.jpg

DÜNYA

810

06.01.2020, 00:41

İranın dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın başına 80 milyon dollar məbləğində mükafat qoyub. “Oxu24.com”un məlumatına görə, bu barədə “Lenta.ru” saytı Britaniyanın “The Mirror” tabloidinə istinadən xəbər verib.

Televiziyada deyilənə görə, 80 milyonluq İranın hər bir sakinindən bir dollar yığıb amerikalı lideri öldürəcək şəxsə vermək olar.

Bu, yanvarın 3-də ABŞ tərəfindən öldürülən İran generalı Qasım Süleymaninin vida mərasiminin canlı yayımı zamanı televiziyanın şərhçisi tərəfindən deyilib.