Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda DƏHŞƏTLİ istilər - 65 ölü

2018-05/1526998400_isti.jpg

DÜNYA

1424

22.05.2018, 18:13

\"\" Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub.
Oxu24.com trend.az-a istinadən xəbər verir ki, ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır. Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir. Qeyd olunur ki, Ramazan ayı davam etsə də, şəhər rəhbərliyi sakinləri çoxlu su içməyə və evdən çıxmamağa çağırır. Xatırladaq ki, 2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu.