Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2046
az

Bu dövlət başçısı Qəddafi kimi öldürüləcək – ABŞ SON KARTINI açdı

11:5622 May, 2018
1677
DÜNYA
  • A
“Pxenyan nüvə silahından imtina etməsə, Koreya Xalq Demokratik Respublikasında Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən Liviyadakı hadisələrin bənzəri baş verəcək”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Maykl Pens bazar ertəsi “Fox News” telekanalına müsahibəsində bildirib.

“Kim Çen In üçün böyük səhv düşüncədir ki, o, Donald Trampla oynaya bilər”, - iyunun 12-də Sinqapurda planlaşdırılan ABŞ-Şimali Koreya sammitinin ləğvi ehtimalı haqqında danışan Pens vurğulayb.

Onun sözlərinə görə, ABŞ sazişin imzalanacağına ümid edir: “Biz ən yaxşısına ümid edirik. Biz, həqiqətən, ümid edirik ki, Kim Çen In nüvə silahı üzrə proqramını dayandıracaq. Ötən həftə Liviya modeli haqqında bəzi danışıqlar oldu. Əgər Kim Çen In sazişi imzalamasa, Liviyadakı hadisələr baş verə bilər. Prezident Tramp aydın siqnal verdi ki, onun rəhbərliyinin altında ABŞ vəziyyətə dözmək niyyətində deyil. Şimali Koreya rejimi nüvə silahına və ballistik raketlərə malikdir. Pxenyan ABŞ və bizim müttəfiqlərimizi hədələyir”.

Vitse-prezident ABŞ hərbi gücdən istifadə edəcəyini istisna etməyib: “Şimali Koreyaya diplomatik və iqtisadi təzyiq göstərməyə davam edirik. ABŞ da hədəfə çatmaq üçün bütün variantlara baxılır”.

Dünən isə Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində Pxenyanı müharibə ilə hədələyib . Onun sözlərinə görə, Pxenyan ABŞ prezidenti Donald Trampı gözlənilən danışıqların gedişatında aldatmağa çalışarsa, KXDR nüvə probleminin hərbi həlli yeganə mümkün variant olacaq.

Qeyd edək ki, mayın 17-də ABŞ prezidenti NATO-nun birinci katibi Yens Stoltenberqlə Ağ Evdə görüşündə Şimali Koreya barəsində Liviya ssenarisinin reallaşma imkanından danışıb. O bildirib ki, ABŞ-da Liviyada olduğu kimi Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyətinin devirilməsi planı yoxdur.

Tramp eyni zamanda açıq xəbərdarlıq edib ki, Vaşinqton və Pxenyan denuklearizasiya haqqında razılaşmaya nail olmasa, ABŞ KXDR-ə qarşı hərbi gücün tətbiqi variantına baxacaq.

Pxenyan mayın 15-də Vaşinqtonu ABŞ-KXDR sammitini ləğv etməklə hədələyib. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilib. KXDR həmçinin bildirdi ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.

Tramp KXDR-in lideri ilə görüşünün tarixi və yerini açıqlamış, görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.

Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə etdi ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.
Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.

Buna görə də Şimali Koreyanın Xarici İşlər Nazirliyi xəbərdarlıq edir: “Ağ Ev bizi küncə sıxışdırmağa çalışacaqsa, biz danışıqlara marağı itirəcəyik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin İlham Əliyevə növbəti dəfə zəng etdi - Yeniləndi

Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır