Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
27 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
394
06.11.2026, 23:00
Norveç, Dünya Bankı vasitəsilə Ukraynaya əmək haqqı, pensiya və müavinətlər üçün 500 milyon Norveç kronu (təxminən 49 milyon dollar) ayıracaq.
Oxu24.com xəbər verir ki,bu barədə Norveç hökumətinin mətbuat xidməti rəsmi saytında məlumat verib.
Vəsaitlər 2027-ci ilin əvvəlinə qədər əsas dövlət xidmətlərinin göstərilməsi və mülki sektora ödənişlər üçün Ukraynanın dövlət büdcəsinə ayrılacaq. Tranş Dünya Bankının səhiyyə, təhsil və təcili yardım xidmətlərində sənədləşdirilmiş xərcləri geri ödəyən çoxdonorlu fondu vasitəsilə yönəldiləcək.
Xarici işlər naziri Espen Bart Eide vəd edilmiş ödəniş barədə şərh verərək bildirib ki, "Ukraynanın dayanıqlığı həm də gündəlik həyatın fəaliyyətindədir. Norveç uşaqların məktəbə getməsinə, xəstəxanaların xəstələri müalicə etməsinə və təqaüdçülərin pensiyalarını almasına kömək edir".
Hökumət qeyd edib ki, döyüşlər Ukrayna iqtisadiyyatına böyük təzyiq göstərir: xərclər artır, hücumlar isə iqtisadi fəaliyyəti və vergi gəlirlərini azaldır. Eide vurğulayıb ki, dəstək Kiyevə Moskva ilə danışıqlarda daha güclü mövqe qazanmağa kömək etməlidir.
Yardım göstərmək qərarı Varşavada ukraynalı həmkarı Andriy Sybiha ilə görüşdə açıqlanıb. Həmçinin Almaniya və Polşanın xarici işlər nazirləri, Skandinaviya və Baltikyanı ölkələrin nümayəndələri və Avropa diplomatiyasının rəhbəri Kaja Kallas da iştirak edib. Görüş gələn həftə Əbu-Dabidə keçiriləcək Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsinə hazırlıq çərçivəsində baş tutub.
Eide əlavə edib ki, "Finlandiya və Norveç qarşıdan gələn danışıqlara hazırlıqda Ukraynanı dəstəkləyir. Məqsəd davamlı və ədalətli sülhün bərqərar olmasına töhfə verməkdir".
Bu töhfə Ukraynanın 2027-ci il üçün mülki büdcəsinin maliyyələşdirilməsində ilk yardım olacaq.
Jalə
00:08 / 27 Noyabr 2026
34
23:54 / 26 Noyabr 2026
55
23:36 / 26 Noyabr 2026
54
23:22 / 26 Noyabr 2026
102
23:12 / 26 Noyabr 2026
95
23:02 / 26 Noyabr 2026
89
22:52 / 26 Noyabr 2026
93
22:51 / 26 Noyabr 2026
105
22:44 / 26 Noyabr 2026
177
22:42 / 26 Noyabr 2026
95
22:26 / 26 Noyabr 2026
115
22:22 / 26 Noyabr 2026
110
22:16 / 26 Noyabr 2026
104
22:07 / 26 Noyabr 2026
117
21:58 / 26 Noyabr 2026
136
21:52 / 26 Noyabr 2026
113
21:43 / 26 Noyabr 2026
112
21:37 / 26 Noyabr 2026
137
21:33 / 26 Noyabr 2026
132
21:27 / 26 Noyabr 2026
121
21:19 / 26 Noyabr 2026
123
21:08 / 26 Noyabr 2026
126
21:04 / 26 Noyabr 2026
941
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.