Tramp 47 il əvvəl İranla bağlı verilən qərarı yenilədi
04 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
281
14.10.2026, 19:47
Fələstinin erməni əsilli xarici işlər və diaspor naziri Varsen Aqabekyan Şahinin Azərbaycana səfəri gözlənilir.
O, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Fələstini təmsil edəcək.
Oxu24.com xatırladır ki, Bakıya ilk dəfə səfər edəcək Varsen Aqabekyan Şahin erməni əsilli Fələstin siyasətçisi və akademikdir. O, 1958-ci ildə İordaniyanın paytaxtı Əmmanda anadan olub. ABŞ-da ali təhsil alan Aqabekyan Şahin İndiana Universiteti-Purdue Universitetində magistr dərəcəsi alıb, 1988-ci ildə isə Pittsburq Universitetində təhsil siyasəti və idarəetmə istiqaməti üzrə doktorluq dərəcəsinə yiyələnib.
O, uzun illər akademik sahədə fəaliyyət göstərib. 1988-2008-ci illərdə Qüds Universitetində çalışıb, 1995-1998-ci illərdə Səhiyyə Peşələri fakültəsinin, 1998-2000-ci illərdə isə Magistratura təhsili fakültəsinin dekanı olub. Bununla yanaşı, Fələstində səhiyyə insan resurslarının inkişafı, təhsil, institusional quruculuq və mədəniyyət layihələrində müxtəlif rəhbər vəzifələr tutub.
Aqabekyan Şahin 2016-2018-ci illərdə Fələstinin Müstəqil İnsan Hüquqları Komissiyasının baş komissarı vəzifəsində çalışıb. O, həmçinin Fələstində kilsələrin fəaliyyəti və tarixi dini abidələrin bərpası ilə bağlı prezident komitələrinin işində iştirak edib, qadın hüquqları və insan hüquqları məsələləri üzrə fəaliyyət göstərib.
O, 2024-cü il martın 31-də Fələstin hökumətində xarici işlər və diaspor məsələləri üzrə dövlət naziri vəzifəsinə başlayıb. 2025-ci il iyunun 23-də isə prezident Mahmud Abbasın qərarı ilə Fələstinin xarici işlər və diaspor naziri təyin olunub. Bu təyinatla Aqabekyan Şahin ölkənin diplomatik qurumuna rəhbərlik edən ilk qadın olub.
Qeyd edək ki, AQEM-in VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. Tədbirdə təşkilata üzv ölkələrin və digər tərəfdaş dövlətlərin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.
Milli.az
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.