Qaynar xətt:

(+99450) 247 90 86

42 min sakin təxliyə edildi - fövqəladə vəziyyət elan olundu

42 min sakin təxliyə edildi - fövqəladə vəziyyət elan olundu

DÜNYA

75

24.08.2026, 11:38

ABŞ-ın Nevada ştatında, Reno şəhəri yaxınlığında başlayan güclü meşə yanğını sürətlə yayılmaqda davam edir.

Oxu24.com xəbər verir ki, yanğın nəticəsində təxminən 61  hektar ərazi yanıb, 42 min sakinə isə ərazini dərhal tərk etmək əmri verilib. Daha 45 min nəfərə təxliyə tövsiyəsi edilib.

Alovların yaşayış məntəqələrinə yaxınlaşması nəticəsində çoxsaylı tikililərə ciddi ziyan dəyib, təxminən 10 min ev və müəssisə elektrik enerjisiz qalıb. Yanğının söndürülməsinə 800-ə yaxın əməkdaş cəlb edilib, lakin güclü və istiqamətini tez-tez dəyişən külək onların işini çətinləşdirir.

Yanğın nəticəsində ən azı 6 nəfər xəsarət alıb. Reno-Sparks Konqres Mərkəzi evlərini tərk edən sakinlər üçün sığınacaq kimi ayrılıb. Nevada qubernatoru Co Lombardo Vaşo dairəsində fövqəladə vəziyyət elan edib və mübarizəyə dəstək üçün Milli Qvardiyanı cəlb edib.