Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
361
24.08.2026, 09:21
Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunun bir sıra ərazilərinə enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Oxu24.com-a "Azərişıq" ASC məlumat verib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bir sıra rayonlarda və paytaxtda elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10 kV-luq elektrik xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Ağdaş EŞ-yə daxil olan 35 kV-luq "Pirəzə" və 10 kV-luq "Kükəl" hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan, Pirəzə kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.
Bərdə EŞ ərazisində yerləşən 35/10 kV-luq "Şirvanlı" yarımstansiyasında 16 mVA gücündə yeni transformatorun quraşdırılması ilə əlaqədar planlı fasilə saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı, Uğurbəyli kəndlərini əhatə edəcək.
Goranboyda bir sıra 10 kV-luq hava xətləri boyunca həyata keçirilən ağac budanması işləri ilə əlaqədar saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək Xınalı, Qaramusalı kəndlərinin bir hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.
Regionlarla yanaşı, paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nazim Hikmət küçələrinin bir hissəsində enerjinin verilişində məhdudiyyət yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.