Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
14 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
321
24.08.2026, 09:43
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.
Musavat.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq AR-dən xarici ölkəyə və ya xarici ölkədən AR-ə gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər. B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.
Eyni zamanda, hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bununla yanaşı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa düşülür.
Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır.
Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.
15:45 / 14 Noyabr 2026
5
15:27 / 14 Noyabr 2026
163
15:25 / 14 Noyabr 2026
67
15:07 / 14 Noyabr 2026
129
15:05 / 14 Noyabr 2026
90
14:44 / 14 Noyabr 2026
113
14:31 / 14 Noyabr 2026
85
14:24 / 14 Noyabr 2026
377
14:19 / 14 Noyabr 2026
93
14:15 / 14 Noyabr 2026
90
14:09 / 14 Noyabr 2026
219
13:50 / 14 Noyabr 2026
1986
13:48 / 14 Noyabr 2026
120
13:16 / 14 Noyabr 2026
117
13:03 / 14 Noyabr 2026
104
12:49 / 14 Noyabr 2026
129
12:25 / 14 Noyabr 2026
121
12:09 / 14 Noyabr 2026
131
11:58 / 14 Noyabr 2026
127
11:50 / 14 Noyabr 2026
112
11:39 / 14 Noyabr 2026
108
11:19 / 14 Noyabr 2026
131
11:09 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.