Vahid Ələkbərov yəhudi milyarderlə qarşı-qarşıya
05 Noyabr 2026, 11:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
206
14.08.2026, 13:26
"Apple" yeni təhlükə bildirişləri dalğası ilə 110 ölkədə seçilmiş istifadəçiləri cihazlarının yüksək səviyyəli casus proqram hücumlarının hədəfinə çevrilə biləcəyi barədə xəbərdar edib.
Şirkət bu bildirişləri fərdi şəkildə hədəf alınan istifadəçilərə göndərir və onları mümkün təhlükəyə qarşı tədbir görməyə çağırır.
"Apple" bildirir ki, söhbət adi kibercinayətkarlıqdan deyil, “muzdlu casus proqram” kimi tanınan, yüksək maliyyə və texniki imkanlara malik qrupların həyata keçirdiyi mürəkkəb hücumlardan gedir. Bu tip proqramlar adətən konkret şəxsləri hədəf alır və onların aşkarlanması olduqca çətin olur.
Şirkətin məlumatına görə, belə hücumların potensial hədəfləri arasında jurnalistlər, siyasətçilər, fəallar və diplomatlar kimi yüksək risk qrupuna daxil olan şəxslər yer alır. NSO Group-un Pegasus casus proqramı bu kateqoriyadakı ən tanınmış nümunələrdən biridir. "Apple" isə konkret hücumların arxasında hansı qurum və ya ölkənin dayandığını açıqlamır.
Çirkət bu xəbərdarlıqları yüksək etimadlı siqnal kimi qiymətləndirir, lakin bildiriş istifadəçinin cihazının mütləq şəkildə ələ keçirildiyi anlamına gəlmir. Şirkət istifadəçilərə cihazlarını ən son proqram təminatına yeniləməyi və xüsusilə risk altında olan şəxslərə Lockdown Mode funksiyasını aktivləşdirməyi tövsiyə edir.
"Apple" 2021-ci ildən etibarən bu tip təhlükə bildirişləri göndərir və indiyədək xəbərdarlıqların 150-dən çox ölkədə istifadəçilərə çatdırıldığını bildirir.
11:07 / 05 Noyabr 2026
1
10:59 / 05 Noyabr 2026
36
10:54 / 05 Noyabr 2026
78
10:45 / 05 Noyabr 2026
135
10:43 / 05 Noyabr 2026
67
10:38 / 05 Noyabr 2026
100
10:34 / 05 Noyabr 2026
75
10:20 / 05 Noyabr 2026
95
10:14 / 05 Noyabr 2026
64
10:12 / 05 Noyabr 2026
818
10:02 / 05 Noyabr 2026
76
10:00 / 05 Noyabr 2026
90
10:00 / 05 Noyabr 2026
105
09:53 / 05 Noyabr 2026
84
09:31 / 05 Noyabr 2026
442
09:24 / 05 Noyabr 2026
92
09:14 / 05 Noyabr 2026
111
09:12 / 05 Noyabr 2026
89
09:05 / 05 Noyabr 2026
274
07:00 / 05 Noyabr 2026
172
05:00 / 05 Noyabr 2026
605
03:30 / 05 Noyabr 2026
243
01:05 / 05 Noyabr 2026
266
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.