Mərkəzi Asiya ölkələrinin yaşayış reytinqi açıqlanıb
10 Avqust 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
74
10.08.2026, 11:40
2016-cı ildə Dubayda keçirilən əməliyyat zamanı küçələrdə dilənçilik edən bəzi şəxslərin topladığı böyük məbləğlərlə bağlı məlumatlar yenidən gündəmə gəlib.
Oxu24.com xəbər verir ki, həmin dövrdə BƏƏ-yə turist kimi daxil olaraq küçələrdə pul istəyən şəxslərə qarşı xüsusi əməliyyatlar keçirilib. Saxlanılan şəxslər arasında dilənçilikdən ciddi gəlir əldə edənlərin olduğu müəyyənləşdirilib.
Ən diqqətçəkən hallardan birində bir şəxsin gündə orta hesabla 9 min dirhəm topladığı müəyyən edilib. Bu məbləğ ay ərzində təxminən 270 min dirhəmə, yəni həmin dövrün məzənnəsi ilə təxminən 80 min dollara bərabər olub.
Məlumata görə, dilənçilik edən şəxslər əsasən insanların çox olduğu əraziləri seçiblər. Onlara xüsusilə cümə namazı zamanı məscidlərin ətrafında və yüksək gəlirli yaşayış məhəllələrində rast gəlinib.
Pul toplamaq üçün müxtəlif üsullardan istifadə edilib. Bəzi şəxslər xəstəlik, maddi çətinlik və ağır həyat şəraiti barədə danışaraq insanlardan yardım istəyiblər. Araşdırmalar zamanı bəzi qrupların isə dilənçilik fəaliyyətini sistemli şəkildə təşkil etdiyi, şəxslər arasında ərazilərin və istifadə olunacaq üsulların əvvəlcədən bölüşdürüldüyü məlum olub.
Səlahiyyətlilər bildiriblər ki, 270 min dirhəm bütün dilənçilərin aylıq gəlirini əks etdirmir. Bu rəqəm saxlanılan şəxslərdən birinin topladığı məbləğ kimi qeydə alınıb.
Hazırda BƏƏ-də küçə dilənçiliyi qadağandır. Qanunu pozan şəxslər cərimə və ya həbs cəzası ilə üzləşə, əcnəbilər isə ölkədən deportasiya edilə bilərlər.
Hakimiyyət orqanları yardım etmək istəyən şəxslərə ianələri küçədə dilənçilik edən insanlara deyil, rəsmi fəaliyyət göstərən xeyriyyə və yardım təşkilatlarına təqdim etməyi tövsiyə edir.
13:16 / 10 Avqust 2026
1
13:10 / 10 Avqust 2026
34
12:47 / 10 Avqust 2026
44
12:37 / 10 Avqust 2026
50
12:32 / 10 Avqust 2026
74
12:30 / 10 Avqust 2026
114
12:26 / 10 Avqust 2026
99
12:19 / 10 Avqust 2026
68
12:15 / 10 Avqust 2026
51
11:59 / 10 Avqust 2026
59
11:57 / 10 Avqust 2026
274
11:57 / 10 Avqust 2026
69
11:39 / 10 Avqust 2026
1247
11:37 / 10 Avqust 2026
62
11:35 / 10 Avqust 2026
81
11:32 / 10 Avqust 2026
54
11:25 / 10 Avqust 2026
59
11:09 / 10 Avqust 2026
61
11:05 / 10 Avqust 2026
65
11:00 / 10 Avqust 2026
59
10:45 / 10 Avqust 2026
70
10:32 / 10 Avqust 2026
66
10:19 / 10 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.