Qaynar xətt:

(+99450) 247 90 86

Yer kürəsində maqnit qasırğası başlayıb - TƏHLÜKƏ 

Yer kürəsində maqnit qasırğası başlayıb - TƏHLÜKƏ 

DÜNYA

83

03.08.2026, 11:10

Avqustun 1-dən etibarən Yer kürəsində altıncı geomaqnit fırtınası müşahidə olunur.

Oxu24.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasının məlumatına görə, Günəşdən gələn plazma axını planetimizə çataraq kosmik hava şəraitində dəyişikliklərə səbəb olub.

Mütəxəssislərin bildirdiyinə görə, Günəş materialı Yer atmosferinə daxil olduqdan sonra təsiri bir neçə saat ərzində güclənib və nəticədə tam geomaqnit fırtınası yaranıb. İlkin qiymətləndirmələrə əsasən, hadisənin gücü G1 (zəif) və G2 (orta) səviyyələri arasında dəyişir.

Alimlər qeyd edirlər ki, belə hadisələr peyklərə, rabitə sistemlərinə və bəzi texnoloji şəbəkələrə müəyyən təsir göstərə bilər. Lakin hazırda ciddi təhlükə və ya fövqəladə vəziyyət üçün əsas olmadığı vurğulanır.

Kosmik hava şəraiti mütəxəssislər tərəfindən davamlı izlənilir. İlkin proqnozlara görə, mövcud geomaqnit aktivliyin uzun müddət davam etməyəcəyi və yaxın vaxtlarda sabitləşmənin gözlənildiyi bildirilir.