Qaynar xətt:

(+99450) 247 90 86

And dağlarında tarixi kəşf: Dünyanın ən böyük metal yataqlarından biri aşkar edildi

And dağlarında tarixi kəşf: Dünyanın ən böyük metal yataqlarından biri aşkar edildi

DÜNYA

64

22.07.2026, 16:19

Argentina və Çili sərhədində yerləşən And dağlarında dünyanın ən böyük metal ehtiyatlarından biri ola biləcək nəhəng mineral yatağı aşkarlanıb.

Oxu24.com xəbər verir ki, Geoloqların apardığı araşdırmalar nəticəsində Filo del Sol bölgəsində təxminən 13 milyon ton mis, 907 ton qızıl və 18 min 600 tona yaxın gümüş ehtiyatının olduğu müəyyən edilib.

“Popular Mechanics” jurnalının məlumatına görə, 400-dən çox əlavə kəşfiyyat quyusundan əldə edilən nəticələr yataqdakı ehtiyatların əvvəlki hesablamalardan təxminən beş dəfə çox ola biləcəyini göstərib.

Yatağın araşdırılmasını aparan Lundin Mining şirkətinin məlumatına əsasən, bölgənin dərin qatlarında böyük həcmdə qiymətli və sənaye metalları mövcuddur. Şirkətin rəhbəri Cek Lundin bu kəşfi son 30 ildə mədən sənayesində baş verən ən mühüm hadisələrdən biri kimi qiymətləndirib.

Mütəxəssislər bildirirlər ki, yataqdan əldə ediləcək mis elektrik avtomobilləri, külək turbinləri və enerji şəbəkələrində, qızıl isə elektronika, telekommunikasiya, aviasiya və aerokosmik sənayedə istifadə oluna bilər. Bu ehtiyatların "yaşıl enerji" keçidində mühüm rol oynaya biləcəyi qeyd olunur.

Bununla belə, yatağın yerləşdiyi ərazi ciddi çətinliklər yaradır. Mədən sahəsi Atakama səhrasının yaxınlığında, dəniz səviyyəsindən təxminən 5 min metr yüksəklikdə yerləşir. Aşağı oksigen səviyyəsi, sərt iqlim və mürəkkəb logistika işlərin həyata keçirilməsini çətinləşdirən əsas amillər hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, yatağın tam işlənməsi üçün böyük infrastruktur və texnoloji hazırlıq tələb olunacaq.