Qaynar xətt:

(+99450) 247 90 86

Peskov: Vuçiç vasitəsilə Zelenskiyə heç bir mesaj göndərməmişik 

Peskov: Vuçiç vasitəsilə Zelenskiyə heç bir mesaj göndərməmişik 

DÜNYA

62

15.07.2026, 14:25

Moskva Serbiya Prezidenti Aleksandar Vuçiç vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə heç bir mesaj göndərməyib.

Oxu24.com-a APA-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə brifinqdə jurnalistlərin sualını cavablandırarkən danışıb.

"Xeyr, biz heç bir mesaj ötürməmişik", – Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Kiyevə səfər edib.