Qaynar xətt:

(+99450) 247 90 86

Bu markalara Fransada məhdudiyyət tətbiq olunacaq

Bu markalara Fransada məhdudiyyət tətbiq olunacaq

DÜNYA

74

30.06.2026, 14:46

Fransa Senatı “sürətli moda” ilə mübarizəyə yönəlmiş yeni qanun layihəsini təsdiqləyib.

Oxu24.com Fransa mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi əsasən Temu, Shein və AliExpress kimi iri Asiya pərakəndə satış platformalarının fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyi nəzərdə tutur.

Yeni qaydalara əsasən, bu şirkətlərin reklamlarının, o cümlədən bloqçular vasitəsilə tanıdılmasının qadağan edilməsi, həmçinin hər məhsul üçün ekoloji rüsumun tətbiqi planlaşdırılır. Rüsumun 2030-cu ilə qədər 20 avroya çatdırılması nəzərdə tutulur, lakin bu məbləğ məhsulun qiymətinin 50 faizini keçə bilməz.

Qanunun məqsədi ətraf mühitə mənfi təsirləri azaltmaq, yerli istehsalçıları və əmək bazarını qorumaq, eləcə də geyimlərin təkrar istifadəsini təşviq etməkdir.

Bildirilib ki, Zara, H&M, Primark və Uniqlo kimi Avropa və beynəlxalq markalar yeni məhdudiyyətlərə daxil edilməyib.

Jalə