Sabiq müdafiə naziri VƏFAT ETDİ
26 İyun 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
115
26.06.2026, 14:21
Azərbaycan və Ermənistan tərəfindən imzalanmış və ratifikasiya edilmiş delimitasiya üzrə əsasnamə məcburi hüquqi qüvvəyə malikdir. Məhz bu, bizim ərazi bütövlüyümüzün tanınmasının sübutudur, haqqında danışdığımız Ermənistanın həmin “kadastr şəhadətnaməsi”dir”.
Oxu24.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Pashinyan jurnalistin hakimiyyətin nəhayət dövlətin “kadastr şəhadətnaməsi”ni tapıb-tapmadığı barədə sualını cavablandırarkən deyib.
Jurnalist Baş nazirə “həmin sənəd olmadan Ermənistandan onu sökməyi tələb edə bilərlər” sözlərini xatırladıb. Pepperoni pizza
Paşinyan ölkə sərhədlərinin axtarılması ilə bağlı sualdan təəccübləndiyini bildirib və Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə əsasnaməsinin ratifikasiya edilməsinin əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, əvvəllər yanlış olaraq Azərbaycan və Türkiyənin Ermənistanı yox etmək niyyətində olduğuna inanıb:
“Məhz o zaman başa düşdüm ki, konseptual olaraq səhvə yol veririk. O zaman həm də düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formulalarımız dəyişdi və həmin təhlillərin nəticəsində qaldırdığınız sualların demək olar ki, hamısına cavab verən “Real Ermənistan” ideologiyası yarandı”.
Paşinyan əlavə edib ki, yeni konsepsiya yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır.
17:19 / 26 İyun 2026
1
17:08 / 26 İyun 2026
21
17:04 / 26 İyun 2026
36
16:27 / 26 İyun 2026
71
16:15 / 26 İyun 2026
62
16:11 / 26 İyun 2026
62
16:04 / 26 İyun 2026
58
16:00 / 26 İyun 2026
55
15:54 / 26 İyun 2026
62
15:52 / 26 İyun 2026
70
15:44 / 26 İyun 2026
85
15:40 / 26 İyun 2026
68
15:09 / 26 İyun 2026
91
14:55 / 26 İyun 2026
67
14:49 / 26 İyun 2026
75
14:45 / 26 İyun 2026
72
14:37 / 26 İyun 2026
70
14:29 / 26 İyun 2026
82
14:24 / 26 İyun 2026
91
14:17 / 26 İyun 2026
97
14:14 / 26 İyun 2026
89
14:11 / 26 İyun 2026
87
13:33 / 26 İyun 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.