Sabiq müdafiə naziri VƏFAT ETDİ
26 İyun 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
91
26.06.2026, 14:14
Moskvanın laborator diaqnostika bazarında baş verən proseslər son dövrlərdə səhiyyə müəssisələrinin rəhbərləri və laboratoriya mütəxəssisləri arasında ciddi narahatlıq yaradıb. İddialara görə, söhbət təkcə təchizatçının dəyişdirilməsindən deyil, laboratoriya sisteminə – sınaq şüşələrindən tutmuş mürəkkəb avadanlıqlara qədər – tam nəzarəti ələ keçirməyə yönəlmiş genişmiqyaslı prosesdən gedir.
Oxu24.com Musavat.com-a istinadən verdiyi xəbərə görə, dövlət tibb müəssisələrinə sistemli şəkildə daxil olma, reagent və laboratoriya sərfiyyat materialları bazarının aqressiv şəkildə yenidən bölüşdürülməsi adi kommersiya rəqabətini aşaraq siyasi çalarlar da qazanıb.
İddiaların mərkəzində "Taşir MEDİKA" ilə əlaqələndirilən "QALEN" QSC dayanır. Şirkətin "Taşir" holdinqinin tibbi istiqaməti ilə bağlı olduğu bildirilir. Holdinqin təsisçisi Samvel Karapetyan uzun illər Rusiyada iri biznesmen kimi tanınıb, son dövrlərdə isə Ermənistan siyasətində də fəal iştirak edir.
Məqalədə iddia olunur ki, "QALEN"in nümayəndələri Yuri Kuzmin, Nikolay Şum və Dmitri Şevçenko, eləcə də onlarla əlaqələndirilən "Applab", "Sample Lab", "Medanko", "Lemma" və "Evalab" şirkətlərinin təmsilçiləri Moskva və vilayət xəstəxanalarında rəhbərlərlə görüşlər keçirirlər. Bildirilir ki, həmin görüşlərdə laboratoriya təchizatçılarının dəyişdirilməsinin artıq qərara alındığı, yuxarı instansiyalarla razılaşmaların əldə olunduğu və buna qarşı çıxmağın mənasız olduğu vurğulanır.
Rusiya mediasının yazdığına görə, bəzi tibb müəssisələrinin nümayəndələri rəhbərlik üzərində təzyiq göstərildiyini, hətta razılaşmayan şəxslərə qarşı kadr dəyişiklikləri ilə bağlı eyhamlar vurulduğunu iddia edirlər. Bu səbəbdən alternativ təchizatçılarla əməkdaşlıq riskli hesab olunur.
Məqalədə Samvel Karapetyanın siyasi fəaliyyəti də diqqətə çatdırılır. Bildirilir ki, o, 2025-ci ilin iyulunda Ermənistanda öz siyasi hərəkatını yaratdığını elan edib, 2026-cı ilin iyununda isə "Güclü Ermənistan" bloku parlament seçkilərində iştirak edib. Həmçinin qeyd olunur ki, seçkilər ərəfəsində Karapetyan Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.
Daha sonra belə ehtimal irəli sürür ki, əgər "Taşir" Moskvanın dövlət səhiyyə sistemində laborator diaqnostika bazarında dominant mövqe əldə edərsə, bu sahədən əldə olunan maliyyə resurslarının bir hissəsi Karapetyanın Ermənistanda həyata keçirdiyi sosial və siyasi layihələrin maliyyələşdirilməsinə yönələ bilər. Söhbət məktəblər, xəstəxanalar, kilsələr və digər ictimai layihələrdən gedir.
17:19 / 26 İyun 2026
1
17:08 / 26 İyun 2026
21
17:04 / 26 İyun 2026
36
16:27 / 26 İyun 2026
71
16:15 / 26 İyun 2026
62
16:11 / 26 İyun 2026
62
16:04 / 26 İyun 2026
58
16:00 / 26 İyun 2026
55
15:54 / 26 İyun 2026
62
15:52 / 26 İyun 2026
70
15:44 / 26 İyun 2026
85
15:40 / 26 İyun 2026
68
15:09 / 26 İyun 2026
91
14:55 / 26 İyun 2026
67
14:49 / 26 İyun 2026
75
14:45 / 26 İyun 2026
72
14:37 / 26 İyun 2026
70
14:29 / 26 İyun 2026
82
14:24 / 26 İyun 2026
91
14:21 / 26 İyun 2026
111
14:17 / 26 İyun 2026
97
14:11 / 26 İyun 2026
87
13:33 / 26 İyun 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.