Qaynar xətt:

(+99450) 247 90 86

Mişel Obama ərinə TƏŞƏKKÜR ETDİ

Mişel Obama ərinə TƏŞƏKKÜR ETDİ

DÜNYA

87

25.06.2026, 16:48

Otuz ildən artıqdır birlikdə olan ABŞ-ın keçmiş prezidenti Barap Obama və həyat yoldaşı Mişel  Obama xoşbəxt evliliklərinin sirrindən danışıblar.

Oxu24.com xarici KİV-lərə istinadən, Mişel Obama bildirib ki, həyat yoldaşının dəstəyi onun öz potensialına inanmasına və daha cəsarətli qərarlar verməsinə kömək edib.

“Barak olmasaydı, yəqin ki, daha sakit həyat yaşayardım və bu qədər risk etməzdim. O, mənə imkanlarımı daha geniş görməyi öyrətdi və hər zaman yanımda olduğunu hiss etdirdi”, – deyə o vurğulayıb.

Keçmiş birinci xanımın sözlərinə görə, məhz bu dəstək ona ən çətin anlarda belə irəliləmək və mühüm qərarlar qəbul etmək gücü verib.

Barak Obama da həyat yoldaşının onun həyatındakı rolunu xüsusi qeyd edib.

“O, məni daha yaxşı insan edir. İlk görüşümüzdən onun yüksək dəyərlərə, zəkaya və güclü xarakterə malik xüsusi bir qadın olduğunu anlamışdım”, – deyə keçmiş prezident bildirib.

Cütlük münasibətlərinin hər zaman problemsiz olmadığını da gizlətmir. Mişel Obama daha əvvəl verdiyi açıqlamalarda möhkəm ailə münasibətlərinin davamlı zəhmət tələb etdiyini vurğulayaraq, müəyyən dövrlərdə evlilik məsləhətindən yararlandıqlarını açıqlamışdı.

Qeyd edək ki, Barak və Mişel Obama 1980-ci illərin sonlarında Çikaqoda hüquq firmasında tanış olub, 1992-ci ildə ailə qurublar. Onların Malia Obama və Sasha Obama adlı iki qız övladı var. ABŞ-ın ən tanınmış siyasi cütlüklərindən biri hesab olunan Obama ailəsi bu gün də dünya ictimaiyyətinin diqqət mərkəzində qalır.

Nigar