24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
10 Noyabr 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
602
11.06.2026, 11:43
Ermənistanlı jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu artırdığını iddia edib.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, jurnalist Meğri rayonunda yerləşən əsas yollarda Rusiya hərbçilərinin hələ də fəaliyyət göstərdiyini bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti rus hərbçilərinin həmin ərazilərdən çıxarıldığını bəyan etsə də, onlar yerli və xarici vətəndaşlara qanunsuz olaraq müxtəlif məhdudiyyətlər tətbiq etməkdə davam edirlər.
Voskanyan iddia edib ki, seçkilərdən sonra Avropa ölkələrindən və Ermənistanın digər bölgələrindən Meğriyə gələn şəxslərin avtomobilləri Nüvədi kəndi (erm. Nrnadzor) istiqamətində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. Bildirilib ki, Meğri qeydiyyatda olmayan Ermənistan və xarici ölkə vətəndaşlarından Nüvədi kəndinə daxil olmaq üçün xüsusi icazə tələb olunur.
Jurnalist xatırladıb ki, sözügedən yol Zəngəzur dəhlizinin keçməsi nəzərdə tutulan marşrut üzərində yerləşir. O iddia edib ki, saxlanılan şəxslər bir neçə saat gözlədildikdən və dindirildikdən sonra Meğri polis şöbəsinə aparılıblar.
Voskanyan Ermənistanın aidiyyəti qurumlarını məsələyə aydınlıq gətirməyə çağıraraq, Rusiya hərbçilərinin Zəngəzurda hansı hüquqi əsaslarla fəaliyyət göstərdiyi və onların yerli sakinlərin hərəkət azadlığını məhdudlaşdırmaq səlahiyyətlərinin kim tərəfindən verildiyi ilə bağlı suallar ünvanlayıb.
Xatırladaq ki, Nüvədi kəndi Zəngəzurun qədim Azərbaycan kəndlərindən biri sayılır. Yerli azərbaycanlılar 1991-ci ilin avqustunda Ermənistan hakimiyyəti tərəfindən kəndi tərk etməyə məcbur edilib.
21:40 / 10 Noyabr 2026
2
21:33 / 10 Noyabr 2026
18496
21:19 / 10 Noyabr 2026
61
21:12 / 10 Noyabr 2026
83
21:10 / 10 Noyabr 2026
207
20:56 / 10 Noyabr 2026
80
20:54 / 10 Noyabr 2026
204
20:46 / 10 Noyabr 2026
98
20:35 / 10 Noyabr 2026
112
20:17 / 10 Noyabr 2026
98
20:10 / 10 Noyabr 2026
1127
19:59 / 10 Noyabr 2026
107
19:58 / 10 Noyabr 2026
103
19:52 / 10 Noyabr 2026
110
19:52 / 10 Noyabr 2026
103
19:43 / 10 Noyabr 2026
111
19:40 / 10 Noyabr 2026
131
19:26 / 10 Noyabr 2026
116
19:20 / 10 Noyabr 2026
679
19:06 / 10 Noyabr 2026
147
18:58 / 10 Noyabr 2026
863
18:56 / 10 Noyabr 2026
123
18:39 / 10 Noyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.