Abbas Abbasov ölüb,bir neçə yaralı var
27 Sentyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1524
10.06.2026, 11:06
Ukrayna Rusiyanın Çeboksar və Samara şəhərlərinə raket hücumu edib.
Oxu24.com xəbər verir ki, hücumdan sonra Çeboksarıdakı VNIIR-Proqres hərbi zavodu və Samaradakı neft emalı zavodunda yanğın baş verib.
Çuvaşiya hakimiyyəti bildirib ki, Çeboksarı 10 iyun səhəri raket hücumuna məruz qalıb. Üç nəfərin yaralandığı bildirilib.
Çuvaş Respublikasının rəhbəri Oleq Nikolaev bildirib ki, yaralananlardan ikisinin orta dərəcəli, digərinin isə yüngül xəsarətləri var. Onlardan biri artıq evə buraxılıb.
Oxu: Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
Şəhərdən çəkilən görüntülərdə tüstü buludu görünür. Hücum zamanı Çuvaşiya səmasında Ukraynanın Flamingo raketi görünüb.
Yerli teleqram kanalları VNIIR-Proqres müdafiə müəssisəsinin vurulduğunu bildirir. Zavodun inzibati binasının dağıdıldığı güman edilir. VNIIR-Proqres Rusiya Hərbi Dəniz Qüvvələri, aviasiya və zirehli texnika üçün naviqasiya avadanlığı istehsal edir.
Samarada Kuybışev Neft Emalı Zavodu (Rosneft şirkətinə daxildir) raket həyəcanı verildikdən sonra yanğına məruz qalıb. Bu neft emalı zavodu əvvəllər də Ukrayna hücumlarının hədəfi olub.
Rusiya Müdafiə ötən gecə Rusiyanın regionları və Qara dəniz üzərində 326 Ukrayna dronunun vurulduğunu açıqlayıb.(Apa)
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.