Qaynar xətt:

(+99450) 247 90 86

İranı indi tərk edin - Vaşinqtondan XƏBƏRDARLIQ 

İranı indi tərk edin - Vaşinqtondan XƏBƏRDARLIQ 

DÜNYA

218

23.04.2026, 20:34

ABŞ Dövlət Departamenti İran hava məkanının qismən yenidən açılmasından sonra ABŞ vətəndaşlarına o ölkəni tərk etməyi tövsiyə edib.

Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

"21 aprel tarixindən etibarən İran hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşları İranı indi tərk etməli, aktual informasiya almaq üçün yerli KİV-i izləməli və İrandan həyata keçirilən uçuşlarla bağlı əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə əlaqə saxlamalıdırlar. İranı tərk etməyə çalışan ABŞ vətəndaşları bunu Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan vasitəsilə quru yolu ilə də edə bilərlər", - deyə məlumatda bildirilib.

Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və Pakistanın İranla həmsərhəd olan ərazilərinə səyahət etməməyi tövsiyə edib.

İranı tərk edə bilməyən ABŞ vətəndaşlarına növbəti xəbərdarlığadək yaşayış yerlərində - evlərində, hotellərdə və ya digər binalarda qalmaları, eləcə də pəncərələrdən uzaq durmaları tövsiyə olunub.

Daha əvvəl bildirildiyinə görə, Tehran da daxil olmaqla, İranın altı hava limanında hava nəqliyyatının fəaliyyəti qismən bərpa olunub. Aprelin 18-də İran hava məkanının qismən açılması elan edildikdən sonra ilk sərnişin təyyarəsi Omandan İrana yola düşübBakupost.az