Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını bloklayacağını açıqladı
23 Fevral 2026, 15:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
43
23.02.2026, 15:17
Yadınızdadırsa mən bundan əvvəlki məqalələrimdə bir sıra məsələlərə aydınlıq gətirmişdim. Bununla belə indiki dövrə qədər milli demokratik Türkçülük müşahidə olunsa da əslində digər yanaşmalar da mövcuddur. Lakin. əsasən liberal və kapitalist ideyalarla yanaşı həm də milli kommunizm. nasional sosializm, sosial demokratiya, Atsızçılıq, Türkeşçilik və s. hissələrə ayrılır. Buna baxmayaraq, Türkçülüyün ittifaqına böyük ehtiyac var. Niyəsə görə hələlik üfüqdə belə bir siyasi cəbhə yoxdur. Azərbaycanda isə xarici milli və dini emisarlar ideoloji təxribat törətməyə cəhd edir. Mən Yurdumda heç bir xarici xəstə ideologiya ilə razı deyiləm. Bunun səbəbi isə Türk Birliyi ideyasına yönələn və din adı altında fəaliyyət göstərən qüvvələrlə ideoloji, ədəbi və mədəni mübarizə aparmalıyıq.
Türkçülər arasında bərabərlik və ittifaq olmadığı üçün Türk kimlikli Azər millətini əhatə edən bu siyasi cəbhəyə olduqca çox ehtiyac var. İslam aləmində ərəb və fars millətləri arasında da millətçiliyin olması da bizi düşündürür. Əlbəttə ki, dindarlar arasında da milli qürurun artırılması naminə çoxlu işlər görülməlidir. Milli islahatların keçirilməsi üçün də mütləq tarixi, mifoloji, mədəni və elmi islahatlarla yanaşı həm də ki, ictimai islahatlar üçün qapı açıq olmalıdır. Əgər din üzrə manipulyasiya imkanlarını daraltsaq onda cəmiyyətimizin xəstələnməsi ehtimalı da az görünəcək. Dini təhsil olduqca vacibdir. Dövlət başçısının sərəncamı ilə yeni bir neçə ildir ki, yaradılmış Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci də uğurlu addımlar sayılmalıdır. Xaricdə dini təhsil alarkən təsir altına düşən dini qruplar da əgər heç bir cinayət işi görməyiblərsə onları da cəmiyyətə qazandırmaq olar.
Türkçülük üçün təhsil və mədəniyyət sahələri çox vacibdir. 35 illik müstəqil dövlət olan dövlətimiz üçün milli kadrların hazırlanmasına ehtiyac var. Mənim xüsusilə vurğulamaq istədiyim budur ki, milli maarifçilik son dərəcədə mühüm məsələlərdən biridir. Təklifim ondan ibarətdir ki, Azərbaycan təhsil müəssisələrinin inkişafı və milliləşdirilməsini üçün gələcəkdə bir neçə ideyaları həyata keçirə bilsək görərik ki, hələ doğum evindən pensiyaya qədər elm, ədəbiyyat və təhsil sahələrində geniş islahatlar həyata keçirmək olar. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ortaq layihələr üzərində çalışmağı məqsədə uyğun hesab edirəm. Bununla yanaşı Türkçülüyün elmi, ədəbi, fəlsəfi, mədəni və təhsil sahələri üçün geniş işlərə başlamaq gərəkdir.
Bunun üçün də Azərbaycan Respublikasının təhsil siyasəti müəyyən qədər dəyişməlidir. Azərbaycan tarixşünaslığında bir qədər islahatları keçirməkdə fayda var. Biz də Şimali Azərbaycan (Həştərxan, Şimali Qafqaz), Qərbi Azərbaycan (Ağrı dağının şərqi, Gürcüstan və Ermənistan) və Cənubi Azərbaycan (Suriya, İraq, İran, Türkmənistan, Əfqanıstan, Kəngər körfəzi sahilləri) daxil olmaqla Azərbaycanın tarixi ərazilərinin tarixini ətraflı şəkildə öyrənmək olduqca vacibdir. Azərbaycanda Türkçülərinin vahid platformada koordinasiya şəklində fəaliyyəti olduqca vacibdir. Amma ki, bəzi Türkəfob qüvvələrlə də ideoloji mübarizə olduqca önəmli məsələlərdir. Tik Tok, Telegram və Facebook profillərində gizlənən və insanlıqdan xəbərsiz mübarizə metodlarına qarşı biz sivil və qanuni fəaliyyətdə olacağıq.
Azərbaycan siyasətində Türkçülər pərakəndə şəkildə fəaliyyət göstərirlər. Türkiyədə də vəziyyət eynidir. Lakin, dünyadakı inteqrasiya prosesləri Turan dünyasında da əks olunur. Bunun əsas səbəbi Türk irqinin milli şüurunda oyanışın digər zamana nisbətən daha aktiv şəkildə baş verməsidir. Bu vaxta qədər əgər Türklük şüuru ancaq Türkçülər arasında var idisə indi isə hakim iqtidarlarda olmasıdır. Bunun özü də böyük mətləblərdən xəbər verir. Azərbaycan Respublikasının dövlət başçısı cənab prezident İlham Əliyevin bir statında Türk dünyasının bizim ailəmiz olması ilə bağlı çıxışında bildirib. Artıq, Türk düşmənlərinə başqa sözlə yağılarına qarşı vahid mərkəzdən mübarizə aparmağı düzgün hesab etməkdəyəm. Türklüyün şanlı oyanışı üçün də çalışaraq, həmçinin xarici və daxili düşmən qüvvələrinə qarşı dəmir yumruğu başlarına keçirməkdə qərarlıyıq.
Siyasi cəbhə fikrini indiki zaman üçün nəzərdə tutmuram. Mən dövlətin apardığı siyasəti yüksək səviyyəli olduğunu hesab edir, dövlət başçımızın Türkçülüyü öz əlinə almasına olduqca məmnunluq duyuram. Əlbəttə ki, bəzi müxalifətin Türkçülük ideyasını öz xeyrinə istifadə etməsinə narazıyam. Düzü dövlətimizin milli siyasəti və Türk dünyası ilə əməkdaşlığını genişləndirərək daha böyük Turan ideyalına və yaxud ûlküsünə rəğbətim sonsuzdur. Azərbaycan Xalq Cəbhəsi özünü doğrultmadığı kimi onun müasir uzantısı da faydasızdır. Özünə Türkçü partiya kimi təqdim edən Müsavat Partiyasında uzun müddətdir ki, qeyri Türkün basqanlıq etməsi hamımıza məlumdur. Hələ mən Azərbaycanda Xalq Cəbhəsi Partiyasının sədrinin oğlunu da ermənilərlə iş görməyi ilə bağlı şərhi sizin ixtiyarınıza buraxıram.
Əlbəttə ki, sağlam müxalifətin formalaşması gələcək nəsildən asılıdır. Türkçülük və Turançılıq fikirlərinin daha da inkişaf etdirilməsi bizdən yəni istiqlal dövrünün ilk nəsli 90-cı illərdə anadan olan nəsil və 2000-ci illərdə anadan olmuş nəsildən çox şey asılıdır. İstiqlaliyyət dövrünün nəsillərinin çox hissəsində milli özüdərkin yaratdığı reallıqları görürük. Bu nəsil bizə Qarabağ sevincini yaşatmışlar. Rəhmətlik şəhidlərimiz arasında da Türkçülərin olduğunu müşahidə edirik. Onlar həmişə yəni ki, həp milli ruhda tərbiyə almış insanlar idilər. Bunun özü də göstərir ki, Türkçülük və Azərbaycançılıq yerli-yerində oturuşmuş fikirlər külliyyatı idi. Türkçülük dünya Türklərinin və digər xalqların gələcəyini müsbət təsir edəcək ideyadır. Qədim ideya olan Türkçülük ideologiyası zamanla inkişaf yoluna qədəm qoymuşdur.
Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən özünə məxsus yol keçmişdir. Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" şüarı sonralar cənab prezident İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" fikri ilə tamamlanır. Bu partiyanın mühafizəkar cizgidə getməsi də əslində yabançı liberal dəyərlərə və ya beynəlmiləl kosmopolit yanaşmalara qarşı yeganə qalxanlardan biridir. Rəhmətlik Qənirə Paşayeva da milli ideyamıza bağlı biri şəxs idi. Türkiyədə də olan fikir adamları ilə yanaşı həmçinin Azərbaycanımızın da olduqca güclü fikir adamları da olubdur. Onun dövri mətbuatda müntəzəm çıxışlarını analiz edərkən, necə sanballı dünya görüşünə malik olmasını göstərir. Azərbaycanda 90-cı illərin əvvəllərində olan bəzi Türkçülük tərəfdarları əslində heç də həqiqi Türkçülüyə xidmət etmədiklərini göstərmişdir.
İmza: Ceyhun Ərmən Vedili
Həmçinin oxuyun
16:45 / 23 Fevral 2026
21
16:31 / 23 Fevral 2026
30
16:22 / 23 Fevral 2026
255
16:00 / 23 Fevral 2026
60
15:49 / 23 Fevral 2026
42
15:41 / 23 Fevral 2026
43
15:29 / 23 Fevral 2026
1107
15:26 / 23 Fevral 2026
189
15:07 / 23 Fevral 2026
98
15:00 / 23 Fevral 2026
38
14:52 / 23 Fevral 2026
176
14:44 / 23 Fevral 2026
47
14:42 / 23 Fevral 2026
49
14:39 / 23 Fevral 2026
45
14:36 / 23 Fevral 2026
60
14:28 / 23 Fevral 2026
46
14:18 / 23 Fevral 2026
391
14:16 / 23 Fevral 2026
63
14:12 / 23 Fevral 2026
201
13:50 / 23 Fevral 2026
317
13:33 / 23 Fevral 2026
78
13:19 / 23 Fevral 2026
497
13:04 / 23 Fevral 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.