Qaynar xətt:

(+99450) 247 90 86

Qonşumuz bombalanacaq? - Politoloq Trampın son qənaətini bölüşüb  

Qonşumuz bombalanacaq? - Politoloq Trampın son qənaətini bölüşüb  

DÜNYA

139

20.02.2026, 21:29

Yayılan xəbərlərdə deyilir ki, ABŞ Prezidenti Donald Tramp Tehranı nüvə sazişini qəbul etməyə məcbur etmək üçün İrana zərbə endirməyi düşünür.

 Bu fikir  nə qədər realdır?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Oxu24.com-a  bildirib ki, Cenevrə danışıqlarına saatlar qalmış ABŞ-ın dövlət katibi Marko Rubio İranla saziş bağlamağın çətin olduğunu demişdi.

"17-18 fevral tarixlərində Cenevrədə baş tutan  ABŞ-İran danışıqları istənilən səviyyədə keçmədi və konkret nəticələr əldə olunmadı. Belə olan təqdirdə  ABŞ  Prezidenti Donald Tramp   narazıçılığını mütləq şəkildə qarşı tərəfə göstərməlidir. Əslində müharibə  versiyası  artıq gerçəyə doğru irəliləyir”,-deyə politoloq qeyd edib.

Politoloq onu da vurğulayıb ki, burda söhbət total müharibədən getmir.

"Mümkündür ki, qısa müddətli hərbi əməliyyatlarlar baş versin. Hətta Qərb mediası da  düşünür ki, Tramp Tehranı nüvə sazişini qəbul etməyə məcbur etmək üçün İrana məhdud hərbi zərbə endirmək fikrindədir”-deyə Turan Rzayev bildirib.

Əntiqə Rəşid