Qaynar xətt:

(+99450) 247 90 86

“Rusiyanın “TRIPP” layihəsində iştirakına ehtiyac yoxdur, çünki…”- Siyasətçi detalları açıqladı

news/2026_01_30/trty_1769787195.jpg

DÜNYA

192

30.01.2026, 19:31

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya tərəfi Ermənistanla iqtisadi sahədə əməkdaşlıq əlaqələrini saxlayır və Rusiya “TRIPP” layihəsində iştirak imkanlarını nəzərdən keçirir.

Zaxarovanın bu açıqlaması  təsdiq edir ki, Rusiya hələ də  TRIPP” layihəsində iştirak etmək istəyindədir. Maraqlıdır, Rusiya layihəyə qatıla biləcəkmi?

 Məsələ ilə bağlı  Oxu24.com-un suallarına   Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı cavablandırıb. O bildirib ki, Rusiya regionda gedən proseslərdən kənarda qaldığının fərqindədir: “Rusiya hiss edir ki, regionda baş tutan böyük bir layihə onsuz  həyata keçirilə bilər. O cümlədən Zəngəzur dəhlizi  (TRİPP marşrutu deyirlər) marşurutu  ilə bağlı   proseslərə iştirak etmək istəyir. Yəni, Rusiya bu layihənin içində vacib olduğunu düşünür. 

Əslində  bir müddət əvvəl Rusiya təhdid mövqeyindən çıxış elədi ki, Azərbaycan, Ermənistan, Rusiya arasında üç şərəfli razılaşma var və ona görə də Rusiya həmin razılaşmaya uyğun olaraq hərəkət edəcək.  Bir az təhdid  formasında mövqeyin ortaya qoyurdu. Amma indi başa düşür ki, artıq proseslər  onun nəzarətindən çıxıb

üçtərəfli razılaşma Azərbaycan, Ermənistan və  ABŞ arasında imzalanıbdır və artıq onun fikri ilə hesablaşan da yoxdur. Ona görə də,  bu formada özünü təqdim eləməyə çalışır. İnanmıram ki, onun bu istəyi  real olsun,  hansısa bir formada iştirakı mümkün olsun.  Düzdür,  Ermənistan onlara  müəyyən təkliflər verir. Azərbaycanla Ermənistan arasında, Ermənistanla Türkiyə arasında dəmir yollarını müəyyən hissəsinin rusiya tərəfindən təmir olunması bu təklifdən biridir.O formada Ermənistan Rusiyanı dəvət eləmək istəyir. Amma geniş şəkildə Rusiya bu layihədə iştirak eləmək imkanları olmayacaq.Rusiyanın iştirakına artıq  ehtiyac da yoxdur.  Azərbaycan ərazisindən Ermənistan ərazisi arasında nəqliyyat daşınmaları  həyata keçirilir və nümunələr  var artıq, genişlənəcəkdir də! Beləliklə, TRİPP marşrutu layihəsinin həyata keçirilməsində Rusiyanın  iştirakına ehtiyac tamamilə hiss olunmur. Ehtiyac yoxdur və iştirakı inandırıcı deyil”- deyə Akif Nağı vurğulayıb.

 Xatırladaq ki, Zaxarova məlum çıxışında deyib ki, hökumət İrəvanın bütün sorğularını araşdırır6” Bu sorğular profil qurumlarımız tərəfindən operativ şəkildə işlənilir. O ki qaldı “Tramp Marşrutu”na (TRIPP layihəsi-red.), biz bu layihəyə qoşulmağın mümkün variantlarını öyrənməyə hazır olduğumuzu, o cümlədən Rusiya dəmir yollarının unikal ekspertizasını təsdiqləyirik. Yəqin hər şeydən əvvəl bu təşəbbüsün reallaşması və funksiyasının detalları ilə tanış olmaq lazımdır. Başa düşdüyümüz qədər bu, yalnız ilkin mərhələdədir. İrəvana bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr keçirmək təklifimiz qüvvədə qalır”.

 Əntiqə Rəşid