Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1379
30.01.2026, 19:58
Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil etməsi dünya gündəmində geniş müzakirələrə səbəb olub. Səbəb kimi də hüquq-mühafizə orqanları və etirazçılar arasındakı toqquşmalar zamanı 3 117 nəfər həlak olmasının məsuliyyətinin İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu olan SEPAH- ın əməli kimi dəyərləndirib.
Təbii ki, İran İslam Respublikasının rəsmiləri bu qərara bərk əsəbləşiblər.
Amma Tarixə baxsaq Aİ -ın “terror” elan etdiyi bir çox təşkilatlar var ki, hələ indiyə qədər onların zərərsizləşdirilməsi ilə bağlı hər hansı bir tədbirlər planı hazırlayıb həyata keçirməyib.
Məsələn, PKK 27 noyabr 1978-ci ildə Abdullah Öcalan tərəfindən Türkiyənin Diyarbakır vilayətinin Lice rayonunun Fis kəndində yaradıldığı gündən 50 minə yaxın insanın ölümünə səbəb olan dünyada ən qanlı təşkilatlardan biri kimi tanınır. Uzun illərdir Aİ PKK -nı terror təşkilatı kimi tanıyıb. Səhv etmirəmsə 2000-ci illərin əvvəlindən.
2019-cu ildə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SDG adı ilə fəaliyyət göstərən YPG/PKK terror təşkilatına adəti üzrə 300 milyon dollar yardım etdi.Bu mbləğ əvvəlki illərdən dəfələrlə çox idi.
2022-ci ildə isə ABŞ PKK/YPG terror təşkilatına 177 milyon dollarlıq yardım göndərdi.
Nəhayət Türk Silahlı Qüvvələrinin yürütdüyü qərarlı əməliyyatlardan sonra artıq PKK çökdürüldü. Bundan sonra ABŞ -da yardım etməyi kəsdi.
Fikrimizi nəyə gətiririk: Aİ böyük bir alyans olaraq bu illər ərzində ABŞ- a etiraz etmədi, onların terror təşkilatı kimi tanıdıqları PKK -ya yardım etməməsi ilə bağlı sərt xəbərdarlıq etməyə cürəti çatmadı.
Təsəvvür edin: Aİ 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana bir dəfə “gözün üstə qaşın var” deməyib.
Ümumiyyətlə Aİ indiyənə qədər hansı terror təşkilatının sökdürülməsini gündəmə gətirib?
Düşünürük ki, Aİ SEPAH-ı terror təşkilatı kimi tanıması nə İranın, nə də SEPAH-ın fəaliyyətinə zərrə qədər kölgə sala biləcək. Çünki ortada PKK təcrübəsi var.
Xatırladaq ki, Avropa İttifaqı Şurası İranın daxili işlər naziri Eskəndər Momeni, Baş prokuror Mohəmməd Movəhhedi Azad və SEPAH-ın bölgələr üzrə komandirlərinə sanksiya tətbiq edib.
Əntiqə Rəşid
11:00 / 14 Noyabr 2026
1
10:58 / 14 Noyabr 2026
29
10:46 / 14 Noyabr 2026
49
10:36 / 14 Noyabr 2026
50
10:17 / 14 Noyabr 2026
46
09:59 / 14 Noyabr 2026
79
09:46 / 14 Noyabr 2026
86
09:30 / 14 Noyabr 2026
81
09:29 / 14 Noyabr 2026
108
09:23 / 14 Noyabr 2026
100
08:09 / 14 Noyabr 2026
1385
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
316
00:02 / 14 Noyabr 2026
1224
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
172
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
434
23:09 / 13 Noyabr 2026
194
23:05 / 13 Noyabr 2026
159
23:02 / 13 Noyabr 2026
351
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.