Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
724
30.01.2026, 21:51
Bir çox insan oxşar bir haldan şikayətlənir: gecə kifayət qədər yatmasına baxmayaraq gün ərzində özünü halsız, yorğun və daim yuxulu hiss etmək. Səhər yuxudan durmaq çətinləşir, günorta yeməyindən sonra isə gözlər sözün əsl mənasında öz-özünə bağlanır. “Nə qədər yatsam da, yuxuya doymuram” deyənlərin sayı bu fəsildə xüsusilə artır.
Mütəxəssislərin fikrincə, bu vəziyyətin bir neçə əsas səbəbi var və onların böyük hissəsi mövsümi dəyişikliklərlə bağlıdır.
Həkimlərin tövsiyəsinə görə, ilk səbəb vitamin çatışmazlığıdır.
Yaz aylarında orqanizm qış mövsümündən çıxdığı üçün bəzi vitaminlərin defisiti ilə üzləşə bilər. Xüsusilə B qrupu vitaminləri, B12 vitamini və fol turşusunun azalması orqanizmdə enerji səviyyəsinin enməsinə, nəticədə isə yuxululuğun artmasına səbəb olur. Ümumilikdə vitamin və mineral balansının pozulması günboyu halsızlıq və süstlük hissini gücləndirir. Buna görə də bu dövrdə qida rasionunda təzə tərəvəz və meyvələrin payını artırmaq tövsiyə olunur.
İkinci mühüm amil günəş işığının azlığıdır.
Qış aylarında günəş şüalarının məhdud olması beyində bəzi hormonların, xüsusilə də oyanıqlıq və əhval-ruhiyyəyə təsir edən hormonların səviyyəsinin azalmasına gətirib çıxarır. Bu isə yazın ilk aylarında özünü yuxululuq və diqqət azalması ilə göstərir. Mütəxəssislər bildirir ki, günəşli hava gördükdə açıq havaya çıxmaq, təmiz havada gəzmək və mümkün qədər günəş şüalarından faydalanmaq bu problemin azalmasına kömək edə bilər.
Beləliklə, yaz aylarında yaranan davamlı yuxululuq çox zaman ciddi xəstəliklə deyil, mövsümi vitamin çatışmazlığı və günəş işığının azlığı ilə bağlı olur. Düzgün qidalanma və aktiv həyat tərzi bu halın qarşısını almaqda əsas rol oynayır.
10:46 / 14 Noyabr 2026
17
10:36 / 14 Noyabr 2026
42
10:17 / 14 Noyabr 2026
39
09:59 / 14 Noyabr 2026
75
09:46 / 14 Noyabr 2026
82
09:30 / 14 Noyabr 2026
75
09:29 / 14 Noyabr 2026
105
09:23 / 14 Noyabr 2026
99
08:09 / 14 Noyabr 2026
1352
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
315
00:02 / 14 Noyabr 2026
1213
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
189
23:05 / 13 Noyabr 2026
154
23:02 / 13 Noyabr 2026
344
22:53 / 13 Noyabr 2026
167
22:49 / 13 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.