İranda etirazçılar Abbas məqbərəsini yandırdılar
08 Yanvar 2026, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
312
06.01.2026, 00:56
Son vaxtlar hicama üsulu ilə müalicəyə maraq göstərənlərin sayı xeyli artıb. Hicamanın insan sağlamlığı üçün xeyirli olduğu deyilir, həkimlər isə onu qəti şəkildə inkar etməsələr də, müalicə gözləməyin doğru olmadığı qənaətindədirlər.
Hicama əslində qan alma, bədəndə olan çirkli toksik qanın xaric olması deməkdir. Bir çox vacib xəstəliklərlə əlaqədar prosedurlardan biridir. Hicama şəkərli diabet, hipertoniya, revmatizm, sinir sistemi ilə əlaqədar yuxusuzluq, başda və gözdə olan ağrılar zamanı səmərəli rol oynayır. Onkoloji xəstələrə isə həmin prosedur yalnız həkim məsləhəti ilə aparıla bilər.
Prosedurdan əvvəl həkim müayinəsi aparılması lazımdır. Hicama baş, boyun, kürək, bel, ayaq və qol nahiyələrinə edilir. Prosedurdan sonra yaraya su dəyməməlidir və soyuğa vermək olmaz.
Oxu24.com xəbər verir ki, həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib: “Hicamadan müalicə gözləmək düzgün deyil, ondan dəstəkləyici müalicə kimi yararlanmaq olar və yalnız həkim göstərişi ilə edilməlidir. Çox təəssüflər olsun ki, hicamanın uyğun olmayan şəraitdə və istifadə olunan alətlərin dəyişdirilmədən, yaxud da dezinfeksiya edilmədən aparılma halları olur. Belə olanda qanla keçən infeksion xəstəliklərin sayında artım müşahidə edilir və onun bir xəstədən digərinə keçmək ehtimalı çox yüksək olur”.
Həmçinin oxuyun
Həkim-terapevt onu da qeyd edib ki, hipertoniya xəstələri təzyiqi nizamlamaq üçün hicama olunmaqdansa, donor kimi qan versələr daha məsləhətli olar. O, onkoloji xəstələrin hicama etdirməsi barədə deyib: “Onların bədəni demək olar ki, zəifləmiş olur, immun sistemi zəifləyir və yaxud da laxtalanma problemləri ola bilər. Məsələn, xəstə kimyaterapiya alırsa, həmin prosedurdan sonra trombositlərin miqdarı azalır, nəticədə qanın laxtalanması zəifləyir. İkincisi, immun sistemi zəiflədiyindən infeksiyaya yoluxmaq riski artır”.
Belə bir deyim var: “Əsl dost sağlamlıq kimidir, dəyəri itirildikdən sonra bilinir. Ona görə də sağlamlığın qeydinə qalmaq və onu əsl peşəkarlara etibar etmək lazımdır.
22:19 / 08 Yanvar 2026
15
22:09 / 08 Yanvar 2026
417
22:09 / 08 Yanvar 2026
44
22:03 / 08 Yanvar 2026
29
21:57 / 08 Yanvar 2026
189
21:49 / 08 Yanvar 2026
56
21:35 / 08 Yanvar 2026
73
21:31 / 08 Yanvar 2026
291
21:29 / 08 Yanvar 2026
40
21:26 / 08 Yanvar 2026
54
21:24 / 08 Yanvar 2026
37
21:18 / 08 Yanvar 2026
70
21:08 / 08 Yanvar 2026
90
20:57 / 08 Yanvar 2026
81
20:48 / 08 Yanvar 2026
43
20:45 / 08 Yanvar 2026
127
20:34 / 08 Yanvar 2026
105
20:24 / 08 Yanvar 2026
1691
20:19 / 08 Yanvar 2026
81
20:18 / 08 Yanvar 2026
70
20:15 / 08 Yanvar 2026
50
20:09 / 08 Yanvar 2026
73
19:59 / 08 Yanvar 2026
246
19:59 / 08 Yanvar 2026
49
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.