Hüquq oxumaq istəyənlər, BU MƏQALƏNİ OXUMADAN QƏRAR VERMƏYİN!
18 Fevral 2026, 16:57
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1124
08.01.2026, 19:59
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb.
Maraqlıdır ki, indiyənə qədər anlayırdıq ki, qadınlar kişilərin zorakılığına məruz qalıb. Müxtəlif səbəblərlə qadınları incidiblər. İndi necə olur ki, kişilər zorakılığa məruz qalır? Bu hansı səbəblərdən qaynaqlanır? Kişini "diligödək" edən nədir?
Sualımızı tanınmış sosioloq Elçin Bayramlıya yönəldirik.
Oxu24.com -a danışan sosioloq təəssüflə bildirdi ki, belə halların sayı artır: "Buna səbəb isə cəmiyyətdə hökm sürən mənəvi deqredasiya ilə bağlıdır. Mənəvi deqradasiya, cəmiyyətdə və ya fərdlərdə əxlaqi dəyərlərin, mədəni standartların, insani keyfiyyətlərin zəifləməsi, pisləşməsi və itirilməsi prosesidir".
Sosioloq bəzi qadınların azğın fikirlərə düşdüyünü də qeyd edir: "Son dövrlərdə bəzi qadınlar "müasirlik", "azadlıq" adı altında azğınlaşıblar. Bu isə birbaşa mənəvi dəyərlərin aşınması, ailə institutunun zəifləməsi, sosial ədalətsizlik və insanlar arasında münasibətlərin korlanması ilə bağlıdır. artıq cəmiyyətdə . Belə qadınlar üçün daha gəlirli iş yerləri var. Beləliklə, ailədə gəlir-qazanc üstünlüyünü ələ alırlar və ondan sonra həyat yoldaşına tabe olmamağa, özbaşınalığa başlayır. Fiziki təcavüz isə məhz bu özbaşnalığın fonunda baş verir. Çünki belə özbaşına qadınlar üçün nə ər, nə kişi, nə ailə məfhumu olmur,, dəyər təşkil eləmir.
Həmçinin oxuyun
Digər problemlər də psixi problemlərdən qaynaqlanır. Yəni ailədə iki tərəfdən biri belə xəstəlikdən əziyyət çəkirsə, belə problemlər yaranır.Fərqi yoxdur ki, xəstə ya qadın, ya da kişi olsun, hər iki halda nəticə eynidir".
E. Bayramlı kişi ilə qadının bərabərhüquqlu olmamasını önəsürür:"Minillik adət -ənənələrimizdə belə bir sistem vardı ki, ailədə kişinin öz yeri , missiyası var, qadının öz yeri və missiyası var. Son dövrlərdə təbliğ olunduğu kimi qadın və kişi hər şeydə bərabər deyil, ola da bilməz! Bu varlıqlar bütün sahələrdə tamamilə fərqli varlıqlardı biolojik qanunlarda da, psixologiyada da, fiziki quruluşda , mənəvi dəyərlərdə də fərqlənirlər. "Azadlığı" özbaşınalıq kimi anlayan qadınlar həmişə hüquqlarının davasını döyürlər, amma heç vaxt öhdəliklərini yada salmırlar. Ailəli qadının əsas öhdəliyi isə əri ilə normal münasibət və müəyyən məsələlərdə ona tabe olması da var.
Tabeçilik, öhdəlik hissi olmayan qadınların nəticədə boşanır ki, bu da ailə dəyərlərinə zərbə vurur".
Belə halların qarşısını almaq üçün, cəmiyyət olaraq, hansı üsullardan istifadə etmək, nə etmək lazımdır - sualına sosioloq belə cavab verdi:
"Ailə institutunun zəifləməsinin əsas səbəbi milli və mənəvi dəyərlərdən uzaqlaşmaqdır.Min illər boyu formalaşmış ailə modelimiz ən möhkəm terapiya nümunəsidir. Əvvəllər ailə sistemi sevgi, hörmət və fədakarlıq üzərində qurulurdu. Amma indi yad ideologiyalar, psixoloji manipulyasiyalar və saxta “müasirlik” anlayışı ailə təməllərini sarsıdır. İnsanlar azadlıq və fərdiyyətçiliyi yanlış başa düşürlər. Ailədə hər kəsin istədiyini etməsi, rəhbərsiz sistemin formalaşması ailəni dağıdır. Nəticədə statistik rəqəmlərə çevrilir. Bu halın qarşısını almaq isə milli və ailə dəyərlərimizin təbliği gücləndirilməklə almaq olar".
Xatırladaq ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.
Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.
Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub.
Əntiqə Rəşid
08:33 / 19 Fevral 2026
1
00:32 / 19 Fevral 2026
4243
00:21 / 19 Fevral 2026
98
00:17 / 19 Fevral 2026
93
23:58 / 18 Fevral 2026
81
23:55 / 18 Fevral 2026
119
23:52 / 18 Fevral 2026
96
23:48 / 18 Fevral 2026
75
23:44 / 18 Fevral 2026
66
23:42 / 18 Fevral 2026
76
23:38 / 18 Fevral 2026
92
23:35 / 18 Fevral 2026
424
23:29 / 18 Fevral 2026
136
23:23 / 18 Fevral 2026
108
23:14 / 18 Fevral 2026
99
23:14 / 18 Fevral 2026
128
23:12 / 18 Fevral 2026
72
23:07 / 18 Fevral 2026
276
23:07 / 18 Fevral 2026
76
23:00 / 18 Fevral 2026
71
22:55 / 18 Fevral 2026
86
22:49 / 18 Fevral 2026
1851
22:43 / 18 Fevral 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.