Pezeşkian ilk dəfə bu iclasda iştirak edəcək
06 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
799
22.11.2025, 15:40
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək bildirib ki, Yaponiya Tayvan boğazına silahlı müdaxilə etməyə cəhd edərsə, Pekin özünümüdafiə hüququndan istifadə edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.
Məktubda deyilir: "Əgər Yaponiya Tayvan boğazına silahlı müdaxilə etməyə cəsarət edərsə, bu, təcavüz aktı hesab ediləcək. Çin BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan qətiyyətlə istifadə edəcək və suverenliyini qətiyyətlə müdafiə edəcək".
Məktubda vurğulanır ki, Yaponiyanın Baş naziri Sanae Takaiçinin son açıqlamaları "1945-ci ildə Yaponiyanın məğlubiyyətindən bəri ilk dəfə" bir Yaponiya liderinin "Tayvandakı fövqəladə vəziyyəti" rəsmi olaraq Yaponiyanın öz təhlükəsizliyi və kollektiv özünümüdafiə hüququ ilə əlaqələndirməsidir.
Diplomatın sözlərinə görə, bu, həm də Tokionun "hərbi müdaxilə ambisiyalarını ifadə etməsi" və əslində "Çinə qarşı güc tətbiq etməklə hədələməsi" ilə bağlı ilk haldır.
Fu Tsunq Takaiçinin açıqlamalarını "son dərəcə təhlükəli", "beynəlxalq hüququn kobud şəkildə pozulması" və Yaponiya təcavüzündən əziyyət çəkən 1,4 milyard çinli və asiyalıya qarşı "açıq təxribat" adlandırıb.
Məktub BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılacaq.
Yaponiya-Çin münasibətlərindəki pisləşmə, Takaiçinin Parlamentdəki müzakirələr zamanı Tayvan yaxınlığında mümkün hərbi böhranın Yaponiyanı "kollektiv özünümüdafiə hüququndan" istifadə etməyə məcbur edə biləcək "mövcudluq təhlükəsi" yaradacağını bildirməsindən sonra başladı. Bu, Pekinin kəskin narazılığına səbəb oldu və Tokioya ciddi şəkildə irad bildirdi.
Çinin Osakadakı baş konsulu Xue Jian sosial mediada Yaponiya Baş nazirinin "başını kəsəcəyi" ilə hədələdi, lakin sonradan paylaşım silindi. Çin Xarici İşlər Nazirliyi daha sonra Çin vətəndaşlarını Yaponiyaya səyahət etməmək barədə xəbərdar edib.
Hazırladı: Jalə
02:27 / 07 Oktyabr 2026
152
02:18 / 07 Oktyabr 2026
246
01:44 / 07 Oktyabr 2026
169
00:44 / 07 Oktyabr 2026
207
00:32 / 07 Oktyabr 2026
535
00:10 / 07 Oktyabr 2026
185
23:58 / 06 Oktyabr 2026
86
23:41 / 06 Oktyabr 2026
184
23:27 / 06 Oktyabr 2026
314
23:10 / 06 Oktyabr 2026
140
22:57 / 06 Oktyabr 2026
124
22:50 / 06 Oktyabr 2026
110
22:38 / 06 Oktyabr 2026
160
22:35 / 06 Oktyabr 2026
147
22:30 / 06 Oktyabr 2026
347
22:28 / 06 Oktyabr 2026
110
22:25 / 06 Oktyabr 2026
120
22:22 / 06 Oktyabr 2026
4642
22:17 / 06 Oktyabr 2026
4002
22:12 / 06 Oktyabr 2026
81
22:10 / 06 Oktyabr 2026
876
22:10 / 06 Oktyabr 2026
92
21:42 / 06 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.