Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
07 Oktyabr 2026, 14:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
853
20.11.2025, 01:07
İran hökumətinin mənbələrinə görə, xüsusi xidmət orqanlarında daxili qarşıdurma və narahatlıq yaranıb, rəsmilər İsrailin gizli fəaliyyətlərindən ehtiyat etdikləri üçün öz sədaqətlərini sübut etməyə çalışırlar.
Bu barədə Böyük Britaniyanın “Telegraph” qəzeti İsraillə İranın 12 günlük müharibəsinə istinadla hazırladığı materialda bildirib.
Qəzet yazıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri, bir neçə əsas təhlükəsizlik qurumunun rəhbərləri, komandanlar və yüksək çinli şəxslər hazırda bir-biri ilə qarşıdurmadadır.
Nəşrin məlumatına görə, İran rəsmiləri və təhlükəsizlik dairələri arasında getdikcə artan qorxu var: İsrail tərəfindən təzyiqə məruz qalan və ya İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən şəxslər, bəlkə də, sadiq kadrları əsassız şəkildə xain kimi təqdim edə bilərlər.
İranın yüksəkvəzifəli bir rəsmisi qəzetə deyib:
“Bir çox rəsmilər, o cümlədən SEPAH üzvləri sistemə sübut etməyə çalışırlar ki, heç bir səhvə yol verməyiblər. Çünki artıq hamıya məlumdur ki, İsrail bir neçə quruma ciddi şəkildə nüfuz edib”.
İranın Prezidenti Məsud Pezeşkian bundan əvvəl parlamentin iclasında söyləyib:
“12 günlük müharibədə baş verə biləcək hadisələrdən heç qorxum yox idi, amma Allah göstərməsin, rəhbərə bir şey olacağından narahat idim. O zaman biz bir-birimizlə dalaşacağıq və İsrailin gəlməsinə belə ehtiyac olmayacaq”.
Ayın əvvəlində SEPAH-ın yüksəkvəzifəli rəsmisi Məhəmmədrza Nəqdinin vəzifədən kənarlaşdırılması barədə xəbər onun İsraillə əməkdaşlıq ittihamı ilə həbs edilməsi barədə ehtimalları gücləndirib. M.Nəqdi illərlə SEPAH və “Qüds” briqadasının kəşfiyyat strukturlarında rəhbər vəzifələrdə olub və bundan öncə onun ofisinin iki əməkdaşı İsrailə casusluq ittihamı ilə həbs edilərək edam olunublar.
Höccətullah Qüreyşi Məhəmmədrza Nəqdinin yerinə SEPAH koordinatorunun müavini təyin edilib.
“Sunday Times” avqustda yazmışdı ki, İsrail son bir ildə ardıcıl və mürəkkəb kəşfiyyat və hərbi əməliyyatlarla İranın təhlükəsizlik, hərbi və nüvə strukturlarının dərinliklərinə nüfuz edib və misilsiz zərbələr endirib.
Hesabata əsasən, əməliyyatlar “Hizbullah” və HƏMAS liderlərinin öldürülməsindən tutmuş İranda həyati avadanlıq və infrastrukturun məhv edilməsinədək güc balansını İsrailin xeyrinə dəyişdirib.
15:06 / 07 Oktyabr 2026
1
14:45 / 07 Oktyabr 2026
19
14:39 / 07 Oktyabr 2026
34
14:24 / 07 Oktyabr 2026
72
14:22 / 07 Oktyabr 2026
173
14:17 / 07 Oktyabr 2026
61
14:15 / 07 Oktyabr 2026
59
14:10 / 07 Oktyabr 2026
380
14:08 / 07 Oktyabr 2026
50
14:05 / 07 Oktyabr 2026
60
14:00 / 07 Oktyabr 2026
45
13:58 / 07 Oktyabr 2026
49
13:25 / 07 Oktyabr 2026
89
13:20 / 07 Oktyabr 2026
86
13:14 / 07 Oktyabr 2026
399
13:12 / 07 Oktyabr 2026
81
13:10 / 07 Oktyabr 2026
55
13:07 / 07 Oktyabr 2026
53
13:05 / 07 Oktyabr 2026
76
12:58 / 07 Oktyabr 2026
63
12:56 / 07 Oktyabr 2026
57
12:50 / 07 Oktyabr 2026
169
12:37 / 07 Oktyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.