KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
609
19.11.2025, 17:12
Macarıstanın Fidesz partiyasından olan Avropa Parlamentinin üzvü Çaba Demeter bildirib ki, avqust ayında AB nümayəndə heyətinin ABŞ-a səfəri zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisə yaranıb.
Oxu24.com xəbər verir ki,Demeter Mandiner portalına verdiyi müsahibədə bildirib: "AB nümayəndə heyəti Vaşinqtona gələndə fon der Leyen ilə Tramp arasında mübahisə yaranıb və onlara (AB nümayəndə heyəti - Oxu24.com) layiqincə qarşılanmayıb".
Lakin Avropa Parlamentinin üzvü bu reaksiyanı təəccüblü adlandırıb və xatırladıb ki, Brüssel son illərdə Ağ Ev rəhbərini dəfələrlə təhqir edib.
Bundan əvvəl, 15 noyabrda "Politico" qəzeti sağçı partiyaların artan təsiri səbəbindən Avropa Komissiyası rəhbərinin Avropa Parlamentində dəstəyini itirdiyini bildirib.
Nəşrin məlumatına görə, solçu partiyalardan olan müttəfiqlər də fon der Leyenin hərəkət azadlığını tez-tez tənqid etməyə başlayıblar.
Noyabrın 10-da Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ prezidenti Donald Trampın Ursula fon der Leyeni tənqid etdiyini bildirib.
Diplomat qeyd edib ki, Macarıstana qarşı sanksiyaların təxirə salınması Ursula fon der Leyenin əldə etdiyi razılaşmadan daha yaxşıdır. Ursula fon der Leyenin Aİ-də Amerika mallarına artan tarifləri qaldırmağa razılıq verməsi, ABŞ-da isə Avropa məhsullarına tariflərin yüksək qalması ilə nəticələnib.
Müəllif: Şahbaz
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.