Ermənistanda siyasi qarşıdurma dərinləşir - əsəblər tarıma çəkilib
21 May 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
566
12.11.2025, 11:23
Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Oxu24.com xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir.
Qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, daha sonra iki lider arasında telefon danışığı baş tutub.
Azərbaycanın aidiyyəti strukturlarının rəhbərləri də türkiyəli həmkarları ilə təmasdadırlar.
Azərbaycan öz qardaşlıq borcuna sadiq qalaraq baş vermiş qəzaya olduqca həssas yanaşır, bununla bağlı qarşıya çıxan məsələlərin həllinə hərtərəfli dəstək göstərir.
Hazırda sosial mediada və bəzi media vasitələrində qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Təəssüf ki, rəsmi rəy olmadan hətta qeyri-real konspiroloji versiyalar irəli sürənlər də var.
APA-nın əldə etdiyi məlumata görə, təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.
Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub.
Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
“Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub”, - deyə mənbə sayta bildirib.
Ətraflı
Məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.
İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus “Embrayer-190” təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi.
Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.
“Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı”, - deyə mənbə qeyd edib.
Beləliklə, ilkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır.
Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus “Herkules” təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.
İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir.
Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.
Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Gürcüstan hökuməti də bu məsələdə həssaslıq nümayiş etdirir.
16:07 / 21 May 2026
1
16:02 / 21 May 2026
8
16:00 / 21 May 2026
13
15:54 / 21 May 2026
18
15:46 / 21 May 2026
29
15:43 / 21 May 2026
35
15:31 / 21 May 2026
30
15:24 / 21 May 2026
50
15:02 / 21 May 2026
134
15:01 / 21 May 2026
299
14:59 / 21 May 2026
60
14:53 / 21 May 2026
59
14:49 / 21 May 2026
48
14:47 / 21 May 2026
56
14:34 / 21 May 2026
133
14:02 / 21 May 2026
71
14:01 / 21 May 2026
165
13:57 / 21 May 2026
58
13:44 / 21 May 2026
75
13:35 / 21 May 2026
228
13:31 / 21 May 2026
160
13:27 / 21 May 2026
74
13:26 / 21 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.