Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı
08 Avqust 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
593
11.11.2025, 09:36
Bu gün İkinci Qarabağ Müharibəsinin başa çatmasından 5 il ötür. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatla 44 günlük Vətən Müharibəsi sona çatıb.
Vətən Müharibəsi Azərbaycan Ordusunun qələbəsi və 28 il işğal altında olan tarixi və əzəli torpaqlarımızın azadlığı ilə yekunlaşıb.
44 gün davam edən döyüşlərdə Ermənistan tərəfinin çox sayda texnika, həm də canlı qüvvəsi məhv edilib. Onlar siyahısında yüksəkrütbəli hərbçilərinin sayı da olduqca çoxdur.
Bizim.Media İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi yüksəkrütbəli hərbçilərinin siyahısını təqdim edir:
Müharibənin ilk günü - sentyabrın 27-də Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyanı məhv edilib.
Sentyabrın 28-də Talış kəndi istiqamətində gedən döyüşlər zamanı desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan zərərsizləşdirilib.
Sentyabrın 29-da Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi, polkovnik Karen Babayan məhv edilib.
Oktyabrın 6-da erməni mayor Slavik Nikolay Avetisyan zərərsizləşdirilib.
Oktyabrın 8-də 10-cu dağatıcı diviziyanın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan zərərsizləşdirilib.
Oktyabrın 11-də 1-ci motoatıcı alayın komandir müavini polkovnik-leytenant Artak Vanyan məhv edilib.
13 oktyabrda “Zver” ləqəbli polkovnik Karen Çarukyan məhv edilib.
Eyni tarixdə Ermənistan silahlı qüvvələrinin mayoru, snayper Qrayr Xaçatryanın zərərsizləşdirilib.
Oktyabrın 14-də General Polad Həşimova qarşı qəsd əməliyyatı icra edən erməni kapitan Ruben Sənəmyan məhv edilib.
Həmin gün erməni mayor Qrişa Tumasyan da məhv edilib.
Oktyabrın 15-də erməni general-mayor Artak Tonoyan oktyabrın zərərsizləşdirilib.
Oktyabrın 17-də mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.
Oktyabrın 18-də polkovnik Geğam Qabrielyan zərərsizləşdirilib. Eyni tarixdə Ermənistan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib.
Oktyabrın 20-də polkovnik Aşot Kazaryan və kapitan Artur Xosrov Nikoqosyan məhv edilib.
Oktyabrın 27-də 18-ci motoatıcı diviziyanın qərargah rəisi, polkovnik Sergey Şakaryan məhv olunub.
Oktyabrın 29-da 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Kazaryan zərərsizləşdirilib.
Oktyabrın 30-da polkovnik Viktor Arustamyan məhv edilib.
Noyabrın 2-də separatçı rejimin "müdafiə nazirinin müavini" Artur Sarkisyan məhv edilib.
Noyabrın 3-də polkovnik Qor İşxanyan da zərərsizləşdirilib.
Həmin tarixdə 77-ci əlahiddə zirehli tank taborunun komandiri, polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib.
22:06 / 08 Avqust 2026
14
21:07 / 08 Avqust 2026
39
16:08 / 08 Avqust 2026
135
16:05 / 08 Avqust 2026
122
14:53 / 08 Avqust 2026
139
13:55 / 08 Avqust 2026
95
13:30 / 08 Avqust 2026
85
13:15 / 08 Avqust 2026
167
13:01 / 08 Avqust 2026
111
12:59 / 08 Avqust 2026
155
12:49 / 08 Avqust 2026
160
12:45 / 08 Avqust 2026
582
12:45 / 08 Avqust 2026
112
12:30 / 08 Avqust 2026
117
12:13 / 08 Avqust 2026
695
12:10 / 08 Avqust 2026
113
12:07 / 08 Avqust 2026
116
11:59 / 08 Avqust 2026
159
11:57 / 08 Avqust 2026
108
11:50 / 08 Avqust 2026
188
11:50 / 08 Avqust 2026
110
11:47 / 08 Avqust 2026
640
11:30 / 08 Avqust 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.