Böyük Britaniya 20 diplomatını İsraildən geri çağıracaq
08 Oktyabr 2026, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
605
09.11.2025, 21:10
İran və Rusiya Federasiyası birgə dənizçilik konsorsiumu yaratmaq barədə razılığa gəliblər.
Oxu24.com xəbər verir ki, İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bu barədə X sosial media platformasında məlumat verib.
Onun sözlərinə görə, razılaşma 6-7 noyabr tarixlərində Mahaçqalada hər iki ölkənin iri şirkətlərinin və hökumətlərinin nümayəndələrinin qatıldığı danışıqlardan sonra əldə edilib.
Diplomat yazıb: "Bu tədbirdə (görüşdə) bu konsorsiumun strukturu və çərçivəsi barədə razılığa gəlinib və həmçinin növbəti ay ərzində danışıqlar zamanı detalları və rəsmi mətni hazırlamaq və təqdim etmək barədə razılığa gəlinib".
O qeyd edib ki, ticarət, nəqliyyat və tranzitin inkişaf etdirilməsi belə bir konsorsiumun yaradılmasının "strateji məqsədi"dir.
Bu ilin yanvar ayında Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Kremldə strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. Saziş müdafiə, terrorizmə qarşı mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrini əhatə edir.
Sənəd Moskva və Tehran arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmağı hədəfləyir. O, həmçinin gələcək uzunmüddətli əməkdaşlıq üçün hüquqi əsas yaradır.
Bundan əvvəl Dövlət Dumasında Rusiya ilə İran arasında əməkdaşlığın inkişafı müzakirə olunmuşdu.
Nigar
13:00 / 08 Oktyabr 2026
2
12:59 / 08 Oktyabr 2026
1
12:58 / 08 Oktyabr 2026
7
12:49 / 08 Oktyabr 2026
24
12:44 / 08 Oktyabr 2026
41
12:40 / 08 Oktyabr 2026
33
12:36 / 08 Oktyabr 2026
45
12:29 / 08 Oktyabr 2026
42
12:24 / 08 Oktyabr 2026
47
12:21 / 08 Oktyabr 2026
49
12:12 / 08 Oktyabr 2026
46
12:10 / 08 Oktyabr 2026
49
11:53 / 08 Oktyabr 2026
406
11:50 / 08 Oktyabr 2026
87
11:50 / 08 Oktyabr 2026
67
11:33 / 08 Oktyabr 2026
73
11:31 / 08 Oktyabr 2026
59
11:28 / 08 Oktyabr 2026
61
11:27 / 08 Oktyabr 2026
63
11:26 / 08 Oktyabr 2026
301
11:25 / 08 Oktyabr 2026
61
11:15 / 08 Oktyabr 2026
60
11:14 / 08 Oktyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.