"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
08 Oktyabr 2026, 16:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3832
08.11.2025, 11:27
“2020-ci il müharibəsi zamanı noyabrın 5-də Şuşa artıq təhvil verilmişdi”.
Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.
“Noyabrın 7-də deyirdilər ki, Şuşa uğrunda döyüşlər davam edir. Bəli, bu belə idi, amma Şuşanı geri almaq üçün davam edirdi. Çünki şəhər artıq noyabrın 5-də təhvil verilmişdi. Biz həmin zaman çox itki verdik”, – deyə o bildirib.
Sərkisyan qeyd edib ki, 44 günlük müharibə zamanı ölkə başçısı olsaydı, 4 günlük aprel döyüşlərindəki kimi hərəkət edərdi:
“Hamı bilirdi ki, hərbi əməliyyatlar 27 sentyabr səhəri başlayacaq, ən vacib şey müharibədən bir gün əvvəlki tarix idi. Həmin zaman əvvəlcə Baş Qərargah rəisinə zəng edərdim, qoşunların ilkin döyüş hazırlığına gətirilib-gətirilmədiyini soruşardım. Müsbət və ya mənfi cavab aldıqdan sonra yenə də “Artsax” Müdafiə Ordusunun komandirinə zəng edib eyni sualı verərdim.
Sonra soruşardım: Cəbhə xəttini yeniləmisiniz? Zenitdən müdafiə, artilleriya vasitələrini hərəkət etdirmisiniz? Tətildən qayıdan komandirlərə zəng etmisiniz? Bunlar edilməli olan sadə şeylər idi”.
Sərkisyan müharibə zamanı təəccübləndiyi detalı da açıqlayıb:
“Bir neçə saat ərzində hava hücumundan müdafiə vasitələrinin yarısını necə itirmək olardı? Bu, mümkün deyil”.(qlobalinfo)
17:44 / 08 Oktyabr 2026
1
17:16 / 08 Oktyabr 2026
33
16:50 / 08 Oktyabr 2026
40
16:45 / 08 Oktyabr 2026
71
16:35 / 08 Oktyabr 2026
100
16:34 / 08 Oktyabr 2026
79
16:30 / 08 Oktyabr 2026
69
16:27 / 08 Oktyabr 2026
67
16:03 / 08 Oktyabr 2026
276
15:55 / 08 Oktyabr 2026
84
15:32 / 08 Oktyabr 2026
1214
15:30 / 08 Oktyabr 2026
900
15:16 / 08 Oktyabr 2026
151
15:15 / 08 Oktyabr 2026
82
15:10 / 08 Oktyabr 2026
69
15:00 / 08 Oktyabr 2026
117
14:54 / 08 Oktyabr 2026
439
14:46 / 08 Oktyabr 2026
72
14:43 / 08 Oktyabr 2026
83
14:40 / 08 Oktyabr 2026
91
14:15 / 08 Oktyabr 2026
95
14:05 / 08 Oktyabr 2026
88
14:00 / 08 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.