Bəşəriyyət qorxunc təhlükə ilə üz-üzə
16 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
632
15.10.2025, 14:53
Fələstin prezidenti Mahmud Abbas milli konstitusiyanın ilk layihəsinin hazırlanmasına göstəriş verib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi Məhəmməd Ştayye bildirib.
"Prezident Fələstin konstitusiyasının ilk layihəsini tamamlamaq üçün bizə üç ay vaxt verdi. İndi biz Fələstin Muxtariyyətini Fələstin Dövlətinə çevirəcəyik", deyə xüsusi nümayəndə bildirib.
Bundan əlavə, Fələstin prezidentinin xüsusi nümayəndəsi və keçmiş baş nazir Məhəmməd Ştayye Qəzza zolağındakı vəziyyəti şərh edərək, atəşkəsin başlamasına baxmayaraq, vəziyyətin qeyri-sabit olaraq qaldığını bildirib.
“Biz, bildiyiniz kimi, atəşkəs əldə olunmasından çox məmnunuq və bunun davamlı olacağına ümid edirik. Vəziyyət, deməliyəm ki, qeyri-sabit olaraq qalır", deyə Ştayye qeyd edib.
Elçinin sözlərinə görə, ərzaq yardımı hələ tam olaraq Qəzzaya çatdırılmayıb. Bundan əlavə, Qəzzaya bütün giriş nöqtələri hələ açıq deyil.
"Onlar qismən açıqdır; xüsusən, Rəfah keçidi yalnız bu gün səhər açılıb", - Ştayye əlavə edib.
Bundan əvvəl, oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı Qəzza münaqişəsinin bitdiyini elan edib.
Sentyabrda bir neçə ölkə Fələstin dövlətçiliyini tanıyıb. Portuqaliya, Kanada, Avstraliya, Böyük Britaniya, Belçika, Lüksemburq, Malta, Andorra və Monako bunu etdi. Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatında Fələstinin müstəqilliyini tanıdığını bəyan edib.
Nigar
14:30 / 16 Noyabr 2026
4
14:24 / 16 Noyabr 2026
23
14:19 / 16 Noyabr 2026
53
14:14 / 16 Noyabr 2026
48
14:10 / 16 Noyabr 2026
52
14:05 / 16 Noyabr 2026
58
14:00 / 16 Noyabr 2026
53
13:51 / 16 Noyabr 2026
110
13:47 / 16 Noyabr 2026
323
13:41 / 16 Noyabr 2026
95
13:40 / 16 Noyabr 2026
80
13:38 / 16 Noyabr 2026
161
13:35 / 16 Noyabr 2026
82
13:22 / 16 Noyabr 2026
97
13:16 / 16 Noyabr 2026
360
13:10 / 16 Noyabr 2026
119
13:06 / 16 Noyabr 2026
81
13:03 / 16 Noyabr 2026
88
13:01 / 16 Noyabr 2026
89
12:49 / 16 Noyabr 2026
92
12:44 / 16 Noyabr 2026
941
12:42 / 16 Noyabr 2026
109
12:36 / 16 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.