Ən çox maaş alan məmur açıqlandı
11 Sentyabr 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
609
30.09.2025, 16:50
İtaliyanın baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə nail olmaq və davamlı sülhə yol açmaq üçün açıqladığı planı tam dəstəklədiyini bildirib.
Oxu24.com xəbər verir ki, Meloni sosial mediada verdiyi açıqlamada İtaliya hökumətinin Qəzzada müharibənin dayandırılması və girovların azad edilməsi üçün bütün səyləri uzun müddət dəstəklədiyini bildirib.
O, "Hərbi əməliyyatların dayandırılması Qəzzada dinc əhaliyə təsir edən dəhşətli humanitar böhranın həlli üçün də vacibdir", qeydini edib.
Trampın planının hərbi əməliyyatların daimi dayandırılmasını, bütün girovların azad edilməsini və Qəzzaya təhlükəsiz humanitar girişi təmin edəcəyini ifadə edən Meloni, "Həmas, Qəzzanın gələcəyində rol oynamayacağını qəbul edərək və tamamilə tərksilah edərək, əsirlərini azad edərək bu müharibəni bitirmək imkanına malikdir",-deyə qeyd edib.
İtaliyanın ABŞ, Avropa və region ölkələri ilə sıx əməkdaşlıqda işləməyə hazır olduğunu vurğulayan Meloni, "İsrail və Fələstin dövlətləri təhlükəsizlik şəraitində yan-yana yaşadıqda və İsrail ərəb və İslam ölkələri ilə tam normallaşma əldə etdikdə ədalətli və davamlı sülh mümkündür", deyərək fikrini yekunlaşdırıb.
Nigar
00:02 / 12 Sentyabr 2026
66
23:58 / 11 Sentyabr 2026
78
23:41 / 11 Sentyabr 2026
182
23:36 / 11 Sentyabr 2026
98
23:31 / 11 Sentyabr 2026
72
23:30 / 11 Sentyabr 2026
78
23:28 / 11 Sentyabr 2026
92
23:26 / 11 Sentyabr 2026
65
23:22 / 11 Sentyabr 2026
75
23:19 / 11 Sentyabr 2026
245
23:13 / 11 Sentyabr 2026
72
22:50 / 11 Sentyabr 2026
115
22:38 / 11 Sentyabr 2026
70
22:34 / 11 Sentyabr 2026
66
22:30 / 11 Sentyabr 2026
409
22:20 / 11 Sentyabr 2026
99
22:16 / 11 Sentyabr 2026
154
22:10 / 11 Sentyabr 2026
68
22:08 / 11 Sentyabr 2026
67
21:59 / 11 Sentyabr 2026
74
21:50 / 11 Sentyabr 2026
72
21:44 / 11 Sentyabr 2026
75
21:43 / 11 Sentyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.