80 yaşlı Ajda Pekkan sağlam və gözəl görünüşünün sirrini açıqladı
12 Avqust 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1233
27.09.2025, 10:30
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.
Oxu24.com xəbər verir ki, bəyanatda deyilir:
“Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür.
Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.Qafqazinfo
Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.
27 sentyabr – Anım Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən mərd oğul və qızlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığı arzulayırıq.
27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrünün yenidənqurma və sülh gündəliyi ölkəmiz tərəfindən uğurla irəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyat qayıtmaqdadır, işğal və təcavüz nəticəsində dağıdılmış şəhər və kəndlərimiz ən yüksək dünya standartları və ən yeni texnologiyaların tətbiqi ilə yenidən dirçəlir.
Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitar minatəmizləmə fəaliyyəti, eləcə də bu hədənin vətəndaşlarımızın həyat və sağlamlığına törətdiyi təhlükə daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanın təcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimi davam etdirilməkdədir.
Ölkəmizin təşəbbüsü, qətiyyəti ilə başladılan və irəlilədilən ikitərəfli Azərbaycan-Ermənistan sülh prosesi də artıq öz nəticələrini verməkdədir. 44 günlük Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində keçirilmiş tarixi zirvə görüşü və onun nəticəsində ABŞ tərəfinin də şahid qismində imza atdığı Azərbaycan-Ermənistan Birgə Bəyannamə, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, eləcə də keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə əlaqədar atılan addımlar 30 ilə yaxın davam edən keçmiş münaqişə səhifəsinin birdəfəlik aradan qaldırılması yolunda əhəmiyyətli irəliləyişdir.
Bölgəmizə qeyri-sabitlik və faciələr gətirən işğal və təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir.
Dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə, sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.
27 sentyabr – Anım Günündə qəhrəmanlarımızın əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik.
Şəhidlər ölməz, Vətən bölünməz!”.
12:46 / 12 Avqust 2026
1
12:30 / 12 Avqust 2026
30
12:26 / 12 Avqust 2026
34
12:22 / 12 Avqust 2026
39
12:10 / 12 Avqust 2026
38
12:04 / 12 Avqust 2026
35
12:00 / 12 Avqust 2026
40
12:00 / 12 Avqust 2026
43
11:53 / 12 Avqust 2026
46
11:50 / 12 Avqust 2026
57
11:29 / 12 Avqust 2026
294
11:28 / 12 Avqust 2026
76
11:26 / 12 Avqust 2026
59
11:22 / 12 Avqust 2026
64
10:59 / 12 Avqust 2026
54
10:56 / 12 Avqust 2026
65
10:53 / 12 Avqust 2026
261
10:52 / 12 Avqust 2026
59
10:48 / 12 Avqust 2026
71
10:46 / 12 Avqust 2026
127
10:40 / 12 Avqust 2026
63
10:28 / 12 Avqust 2026
80
10:16 / 12 Avqust 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.